Azərbaycan, niyə Beynəlxalq məhkəmələrə üzv olmur?

Abbas Hüseynli
AVMVİB sədrinin sosial və hüquqi məsələlər üzrə müavini

Erməni vəhşiliyi o zaman aradan qaldırılacaq ki, biz ermənilərə lazımı, hüquqi, siyasi və hərbi cavabı verəcəyik. Biz is bu cavabı nə müharibə edərək, torpaqlarımızı azad etməklə, nə də ki, Beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə etməklə həyata keçiririk?

Hətta bunları etməməyimz bir yana dursun, dünyanı da lənətləyirik ki, erməniləri xristian olduqlarına görə, müdafiə edirlər.

Azərbaycanda elə hadisələr baş vermişdir ki, həmin hadisələrə görə, biz həm Rusiya dövlətini, həm də erməniləri Beynəlxalq Məhkəmələrə verə bilərik.20 yanvar 1990-cı il hadisəsi, 1992-ci il 26 fevral «Xocalı soyqırımı» hadisəsi və nə qədər buna uyğun hadisələr baş verib. Biz isə bu hadisələrin niyə baş verməsi və bu hadisədə öz içərimizdən kimlərin iştirak etmələri üstündə iqtidar-müxalifət arası deyişmələr keçirir, əsas düşməni isə kənarda qoyuruq.

Məsələn Mütəllibov deyir ki, Xocalı hadisəsi ona görə baş verdi ki, Xalq Cəbhəsi hakimiyyətə gəlsin, Şuşa, Laçının getməsi barədə bir başqası, yerdə qalan rayonların getməsini isə bir başqaları ortaya atır və deyişirlər. Bu insanlar başa düşə bilmirlər ki, torpağın ermənilər tərəfindən işğalında əsas rolu Rusiya dövləti oynayıb. Məhz, Rusiya dövləti 20 Yanvar 1990-cı il hadisəsini törətmiş və 1992-ci il 26 fevral «Xocalı» hadisəsini də Rusiya dövlətinin Xankəndində yerləşən 366-cı alayı həyata keçirmişdir. Mən bunları deyərkən, deyə bilərsiniz ki, bütün bunları bizdə bilirik. Axı bunun qarşısını ala bilmək üçün nə etmək lazımdır?

Hörmətli oxucu, biz 1-ci növbədə Avropa İnsan Haqları üzrə konvensiyala qoşulmalıyıq. Baxın «Xocalı» soyqırımı barədə həm Respublika daxilində çox danışılır, həm də dünyada bu soyqırımı tanıyan və lənətləyən xalqlar, dövlətlər vardır.

Hətta Respublika Hərbi Prokuroluğunda bu soyqırım cinayətinə görə cild-cild toplanmış cinayət işləri vardır. Bəs, çatışmayan nədir?

Əsas olan odur ki, biz «Roma statutu» olan konvensiyaya hələ də daxil olmamışıq. Bu Roma Beynəlxaq Cinayət məhkəməsi Hollandiyada yerləşir. Onun 18 hakimi var ki, onlar da 9 ildən bir yenilənir. Bu məhkəmədə indiyə qədər 4 əsas işə baxılıb.

Alman faşistlərinin yəhudilərə qarşı soyqırımına, Yaponiyada baş vermiş hadisəyə, Yuqoslaviya hadisəsinə və bir də Ruandada baş vermiş soyqırım hadisəsinə bu məhkəmə hüquqi qiymət verib. Nə qədər ki, biz bu quruma daxil olmamışıq, bizim «Xocalı» soyqırım barədə dediklərimiz, elə söz olaraq da qalacaqdır. Bu quruma Ermənistan dövləti yalançı «erməni soyqırım» iddiasını həyata keçirmək üçün müraciət etsə də ora üzv ola bilməmişdir. Birincisi, Erməni
hadisəsini bu konvensiya qəbul olunandan daha əvvəl baş verməsi, ikincisi isə həmin hadisələrlə əlaqədar lazımı sübutların olmamasına görə üzv qəbul edilməyiblər.

Xocalı soyqırım ilə bağlı isə o qədər təkzibedilməz sübutlar var ki, sayı-hesabı yoxdur.

Biz hal-hazırda Ermənistan dövlətinin Suriya və Livandan olan ermənilərin Qarabağda yerləşdirilmələri barədə çox eşidik. Lakin bunun qarşısın ala bilmirik. Niyə, nə üçün?

Ona görə ki, biz, bu sahədə də Beynəlxalq Cinayət Məhəkəməsinin üzvü deyilik. Bu konvensiya isə bizə deyir ki, işğal edilmiş ərazilərə köçürülmələrin qarşısı o zaman alına bilər ki, Azərbaycan Respublikasının Milli Məclisi bu konvensiyanı öz qanunverici orqanında təsdiq — «radifikasiya» etsin. Həmin Beynəlxalq Cinayət Məhəkəməsinin 8-ci maddəsinin 2-ci hissəsində işğal edilmiş ərazilərə qanunsuz köçürülmələrdən bəhs edilir.

Biz Respublika Prezidentinə müraciət edərək, təkcə bu konvesiyaların deyil, maddi mədəniyyat abidələrinin dağıdılması, məscidlərin viran edilməsi, mülki vətəndaşlara məxsus tikililərin, məktəb və bağçaların yerlə yeksan edilməsi ilə bağlı Beynəlxalq hüququn bizə imkan verdiyi konvesiyalara qoşulmağa çağırırıq.

Bu xəbəri paylaşın: