AVMVİB Tovuz rayon veteranları şəhidlərimizi unutmurlar

Azərbaycan xalqı, xüsusən də müharibə veteranları öz şəhidlərini unutmur. Onların ailələrinə baş çəkir və məzarlarını yad edirlər.

Azərbaycan Vətən Muharibəsi Veteranlari Ictimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin sosial şəbəkədə etdiyi paylaşıma görə, rayon şöbəsinin rəhbərliyi və «Obyektiv» qəzetinin təsisçisi baş redaktoru Ceyran xanım şəhidlərimiz Ilqar Zeynallının və Elşad Məmmədovun ailələrini ziyarət ediblər.

Şəhidlərimizin ehtiramla yad edilməsi, şəhid ailələrinə baş çəkilməsi Azərbaycan xalqının öz şəhidinə olan sevgisindən qaynaqlanır.

AVMVİB Tovuz rayon şöbəsi üzvlərinin və şöbə sədri Etibar Vəliyevin bu təşəbbüslərini alqışlayırıq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: