Qarabağ qazisi ağrıların şiddətindən özünü öldürmək istəyir

Xanımı yalvararaq kömək istədi


I qrup Qarabağ qazisi, 1973-cü il təvəllüdlü Mahmudov Sabir Kəlbi oğlunun sağlamlığında ciddi problemlər var.
Qazinin həyat yoldaşı Nərminə Mahmudova:


— “10 il olar ki, yoldaşım Sabirə hepatit diaqnozu qoyulub. Maddi cəhətdən imkanımız olmadığı üçün onu vaxtında müalicə edə bilmədik. Ona görə də illər uzandı, sonra da qaraciyər çevrilib sirroz oldu. Dəfələrlə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşkoda) yatıb. Orda yoldaşıma diaqnoz qoyuldu ki, xəstənin qara ciyəri artıq sirroza çevrilib. Ona elə-belə, yüngül müalicələr olundu, yazılan dərmanları da ala bilmədik. Hazırda yoldaşımın qarın boşluğunda maye var, ürək çatışmazlığından da əziyyət çəkir. Bu yaxınlarda 3 dəfə Sabunçu xəsətəxanasında da yatmışıq. Orda da yenə diaqnoz qoydular ki, qara ciyər artıq sirrozdur.

Nə qədər müalicə olunsa da, mənim yoldaşımın səhhətində bir irəliləyiş görmədik. Hal-hazırda yoldaşım evdə yataq xəstəsidir. Biz çox yerlərə müraciət etdik, məktublar göndərdik, teleqram vurduq, amma bu vaxta kimi heç bir cavab almamışıq. Artıq dərəcədə xahiş edirəm, yoldaşıma bu barədə köməklik edəsiniz. Yoldaşım çox əziyyət çəkir, ağrılara dözmür, müalicəsi düzgün getmir və vaxtlı-vaxtında müalicə olunmur. Hər gün bizim evə 3 dəfə təcili yardım gəlir. 5 aydır ki, mənim yoldaşım ağrıkəsicilərlə yaşayır. O, ağrıkəsicisiz yata bilmir.

Ancaq onların köməyi ilə öz ağrılarını hiss etməməyə çalışır. Təcili yardımdan da bildirilir ki, bunları vurmaq ziyandı, qara ciyərdəki prosesi tezləşdirir. Yəni vəziyyət çox ağırdır. Çox-çox xahiş edirəm, bu barədə bizə köməklik edəsiniz. Evimizdə gələcəyin iki əsgərini böyüdürük. Biri 14, digəri 10 yaşındadır. Heç kim istəməz ki, öz körpə balaları yetim qalsın.»

Leyla Həsənova

Bu xəbəri paylaşın: