Rusiya hərbi gəmiləri Bakıya gəldi — FOTO / VİDEO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında «Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək «Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının «Mahaçkala” və «Astraxan” kiçik artilleriya gəmiləri, «SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib. 


Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan  Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Tərəflər «Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək «Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaşın: