Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, I Qarabağ müharibəsi zamanı Şuşa və Laçının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş təqaüddə olan prokurorluq əməkdaşı Telman Əliş oğlu Tanrıverdiyev koronavirusdan dünyasını dəyişib. Bu gün isə mərhum torpağa tapşırılıb.
Qeyd edək ki, Telman Tanrıverdiyev Laçın Rayon Polis Şöbəsinin rəis müavini, Laçın rayon prokuroru və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. İki il öncə isə təqaüdə çıxıb.
Leyla Həsənova
AVMVİB Rəhbərliyi Qarabağ müharibəsi veteranı Telman Tanrıverdiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!


