«Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı» dəyişdi

Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş «Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən qərar qəbul edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.


Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 487) ilə təsdiq edilmiş «Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın «2.Humanitar və sosial ixtisaslar qrupu” hissəsinə «Hüquq mühafizə fəaliyyəti” əlavə edib.


Bu Qərar 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Bu xəbəri paylaşın: