Daha bir İcra Hakimiyyətində əməliyyat — Kürdəmir

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Saxlanılanların olduğu bildirilir.

***

Alınan məlumata görə, RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

**************

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.


Fedai.az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.


Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Bu xəbəri paylaşın: