Vilayət Eyvazov Kəramət Böyükçölün atasına zəng etdi

“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri -etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı”.

Fedai.az xəbər verir ki, bu fikirləri ötən gün saxlanılan yazıçı Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə öz “Facebook” səhifəsində bildirib.

Qəşəm Nəcəfzadə Daxili işlər naziri Vilayət Eyvazova minnətdarlığını bildirərək – “Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə Sizə təşəkkür edirəm!”,- fikirlərini paylaşıb.

Xatırladaq ki, yazıçı feysbukda canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gələrək, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olduğunu bildiriblər. Bundan sonra o saxlanılaraq aparılıb.(Nocomment.az)

P.S. Bəziləri Kəramətin məişət pozğunluğunu «şairin» tutulması kimi təqdim etməyə girişmişdi. Qismət olmadı. Amma «şairi» sözə görə deyil, içib sözə zülüm etdiyinə görə saxlamışdılar…

Bu xəbəri paylaşın: