Xəbər verdiyimiz kimi Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifov Türkiyənin Antaliya şəhərində öz yaxın adamı Xan Əhmədlinski ləqəbli şəxs tərəfindən qətlə yetirilib.
Fedai.az xəbər verir ki, onlar birlikdə yemək yeyərkən Xan Əhmədlinski Qulinin baş nahiyəsinə 4 güllə vurub və onu öldürüb, daha sonra isə qaçıb.
Bundan sonra türk polisi qatili Antaliya-Dənizli yolunda həbs edib. Qətlin kimin sifarişiylə yerinə yetirildiyi haqqında məlumat verilməyib.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

