«PAŞİNYANIN BBC-yə VERDİYİ MÜSAHİBƏ MİLLİ RÜSVAYÇILIQ İDİ» — Politoloq Andranik Mihranyan

(Əvvəli: http://fedai.az/?p=13395)

Aparıcı etibarlı təşkilatın Ermənistanda insan hüquqlarının pozulduğunu qeyd edir, lakin Paşinyan «Freedom House» qeyri-hökumət təşkilatı tərəfindən Ermənistana verilən uydurma qiymətləndirməyə istinad edirək öz bildiyini deyir.

Bundan başqa, «Siz koronavirusla mübarizə apara bilmədiniz», deyə soruşan aparıcı göstərdi ki, Ermənistanda vəziyyətin bütün bölgədə, xüsusən də qonşuları Gürcüstandan və Azərbaycandan daha yazıq vəziyyətdə olduğundan 6 dəfə çox yoluxma və ölüm halları baş verdi. Bütün bu göstəricilərə baxmzyaraq, Paşinyan yenə də həyasızcasına ölkədə yoluxma hallarınin bir sıra Avropa ölkələrinə nisbətən daha qənaətbəxş olduğunu bildirir.

O, əvvəlki yanaşmalarından fərqli olaraq, Ermənistana yeni dəyərlər gətirildiyini bildirməyə cəhd edir, lakin hələ də hər iki ayağı ilə tələyə düşdüyünün fərqinə varmır. Aparıcı ona yeni bir görünüş, baxış gətirəcəyini vəd etdiyi üçün xatırladır ki, siz belə bir səviyyə ilə özünüzü beynəlxalq ictimaiyyətə necə təqdim edə bilərsiniz? Siz Ermənistan əsgərlərinin 90-cı illərdə cinayət törətdiklərini səmimi olaraq qiymətləndirə bilərsinizmi və bunun üçün üzr istəməyə hazırsınızmı? Lakin bu suala Paşinyan hansısa anlaşılmaz və cəfəngiyyatla səslənən fərqli bir cavab verdi.

Bacarmadı, ona görə ki, onun qəti mövqeyi yoxdur və o, istənilən addımı atmağa hazırdır. Dediyi tək şey o idi ki, həm Ermənistanı, həm Azərbaycanı, həm də Qarabağı qane edəcək bir həll yolu tapacaqlarını söyləyən yeganə insan guya ki, o özüdür. A. Mihranyan sözünü belə maraqlı notlarla tamamladı: «Bu müsahibədən sonra mən təsadüfən babalarımın və nənələrimin söylədikləri məcazi bir lətifəni xatırladım ki, bu adam » ÇILPAQ CANI İLƏ PİŞİYİ ŞƏLƏLƏYİB BELİNƏ».

Ay balam, yazıqsan, özünü nə günə qoymusan. O, BBC-nin aparıcısı səni əməlli-başlı «ATDI». Heç kim bu qədər rüsvayçı ingilis dilində özünü kasıb və alovlu, itirilmiş, cahil və çaşqın kimi hetəqdim edə bilməzdi. Nikol Paşinyan özünü və ölkəmizi güldürən bir hala gətirdi. Bu sadəcə «pazor» idi. (Bu son cümlələri isə erməni jurnalisti Ani Sahakyan əlavə etdi.)

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: