Xarici İşlər naziri Qubadlının işğalı ilə bağlı paylaşım edib

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bununla bağlı “Twitter”də paylaşım edib. Paylaşımda deyilir:

“Qubadlısız 27 il. Rayon 1993-cü ilin avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və  Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılıb. Qubadlı da daxil olmaqla, Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək, yerli azərbaycanlılar isə öz evlərinə qayıdacaqlar”.

Bu xəbəri paylaşın: