39 saylı məktəbin 7-ci sinif şagirdi Bədəlli Sucəddin Ağamoğlan oğlunun atası, əmisi bu Vətən uğrunda öz canlarını ortaya qoymuş Qazilərimizdir.
Atamoğlan və Köçəri Bədəlovlar AVMVİB üzvüdürlər.
Sucəddin Bədəllinin atası Ağamoğlan Bədəlov, ağır döyüş yolu keçmiş döyüşçülərimizdəndir. 1992-ci ilin iyul ayında Kəlbəcər uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Top mərmisinin partlayışından sol qılçanın çanaq sümüyü və diz oynaq sümüyü yararsız hala düşüb. Bu günədək aparılan müalicələrin heç bir effekti olmamışdır. Həkimlərin verdiyi rəyə görə müalicə Türkiyədə davam etdirilməlidir. A. Bədəlova endoprotez əməliyyatı aparılmalıdır. Buna müharibə əlilinin imkanı çatmır. Səhiyyənin verdiyi rəylər olsa da indiyədək I qrup müharibə əlilinə vəsait ayrılmamışdır və müharibə əlili hər an yeriyə bilməyəcəyi qorxusuyla yaşayır.
Sucəddin Ağamoğlan oğlu Bədəllinin qazilər haqqında ifa etdiyi şeiri sizlərə təqdim edirik:
Nurlan Məmmədli
