Qarabağ döyüşçüsü veteran statusu ala bilmir

Birinci Qarabağ müharibəsində minlərlə Azərbaycan vətəndaşının iştirak etməsinə baxmayaraq, 1994-cü ildən bu günədək hələ də çox sayda keçmiş döyüşçü müharibə veteranı statusunu ala bilməyiblər. Onlardan biri, ömrünün ən gözəl illərini Birinci Qarabağ savaşına qurban vermiş keçmiş döyüşçü, Goranboy kəşfiyyatçılarının komandiri Maqsud Nəzərovdur. Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi halda Qarabağ veteranı statusunu ala bilməmisəndən şikayətçidir.


«Nə olsun ki, Qarabağda döyüşmüşəm. Döyüşmək, vətəni qorumaq mənim mənəvi, vətəndaşlıq borcumdur. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyin Zakir Həsənov, Sizə müraciət etməkdə məqsədim müqəddəs bir mətləbi diqqətinizə çatdırmaqdır. Müharibə Veteranı statusumu 20 ilə yaxındır ki, ala bilmədim. Sizdən xahiş edirəm bu məsələ də köməklik edəsiniz. Ümid edirəm ki, mənim Vətən uğrunda xidmətlərimi nəzərə alıb öz layiq olduğum haqqımı alacağıma kömək edəcəksiniz«.


Səngərlərdə can qoyan oğul, öz halal haqlarını ala bilmir. Savaş vaxtı bəlkə o da ala bilərdi, amma ona sənəd maraqlandırmırdı, torpaq maraqlandırırdı, Vətən maraqlandırırdı. Və onu da xüsusilə qeyd etmək istəyirəm ki, sabah savaş başlasa bir əli, ayağı olmayan qazilərimiz də, həmin veteranlar da könüllü olaraq cəbhədə ön cərgədə olacaqlar. Hətta öz halal haqlarını almasalar da onlar Vətənin müdafiəsi.


Bir həqiqət də var. Vətən uğrunda canından, qanından keçənlər həmişə hamımızın diqqətində olmalıdır.

Leyla Həsənova

Bu xəbəri paylaşın: