AVMVİB Zəngilan rayon şöbəsi veteranlarının, şəxsən şöbə sədri və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Azad Musayevin şəxsi təşəbbüsüylə başlatdığı «Ordumuza dəstək» aksiyası günbəgün genişlənməkdə, daha çox könüllü iştirakçı tapmaqdadır.
Həm könüllü gənclər, həm də AVMVİB-nin rayon şöbələri bu aksiyaya qoşulmaqdadırlar.
AVMVİB Dəmir Yolu şöbəsinin sədri Mehdi Hacıyevin verdiyi məlumata görə, şöbə veteranlarının təşəbbüsüylə işlənmiş bir TIR şpal cəbhə bölgəsinə yola salınıb.
Mehdi Hacıyev bildirdi ki, bundan sonra da bu xeyirxah aksiyanı davam etdirmək niyyətindədirlər.
Allah əsgərlərimizi qorusun!
Elnur Səlim


