AVMVİB Nəsimi rayon şöbəsi Anım tədbiri keçirib

AVMVİB Nəsimi rayon şöbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Hüseynov Vüqar Tofiq oğlunun Anım günü keçirilib.

AVMVİB Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan bayrağı» ordenli, polkovnik Elmar Hüseynov, şəhidin atası Tofiq Hüseynova oğlu Vüqar Hüseynovun AVMVİB-nin sədri Füzuli Rzaquliyevin əmri ilə təltif olunduğu «Müharibə veteranı» Xatirə medalını təqdim edib.

Tədbirdə Milli Qəhrəman Vüqar Hüseynovun atası Tofiq Hüseynov, qardaşı Fuad Hüseynov, döyüş yoldaşları polkovnik-leytenant İlham Rüstəmov, Cahid , Rövşən Təhməzov iştirak ediblər.

İlham Rüstəmov, öz döyüş dostu haqqında xatirələrini danışaraq, vaxtı ilə Xocalı aeroportunda Vüqarın terrorçu Zori Balayana vurduğu «Türk tokatını»nı da xatırladıb.

Xatırladaq ki, Vüqar Hüseynov 21 iyul 1991-ci il tarixində Goranboy rayonunun Erkən kəndi uğrunda gedən döyüşdə 30 qədər düşməni məhv edərək, qəhrəmancasına həlak olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: