Nobel mükafatçısı, biokimyaçı Prof. Dr. Əziz Sancar öz xatirələrində qeyd edir: «Bir gün Los Angelesdə alış-veriş etdim.
Çıxışda kassir qız:
— Siz haralısınız?
— Türkiyəli, türkəm.
— Midnight Express filmini izlədim, siz türklər faşistsiniz.
— Mən də Naqasaki və Xiroşimanı izlədim, amma bu film deyildi».
Xatırladaq ki, Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancar Bakıda səfərdə olarkən demişdi:
«Bütün azərbaycanlı qardaşlarıma salamımı çatdırıram. Hər kəs bilir ki, biz bir millət iki dövlətik. Burada olmaqdan çox xoşbəxtəm».
«Azərbaycan da bir türk vətənidir. Bütün türklərin Azərbaycana özəl sevgisi var. Əlaqələrimiz çox güclüdür. Ona görə də Azərbaycan elminə öz töhfəmi verməyə çalışacağam. Əgər mümkün olarsa, istedadlı və bacarıqlı tələbə olarsa yanıma gəlib mənimlə işləyə bilər. Bundan başqa, söz verə bilməsəm də Azərbaycana yenidən gəlib sizin elminizə bir töhfə verəcəm».
«Nobel mükafatı almaq üçün elmə sərmayə yatırmaq lazımdır. Aparılan araşdırmaları dəstəkləmək lazımdır. Yalnız bu şəkildə savadlı elm adamı hazırlamaq olar», — Əziz Sancar əlavə edib.
Babək Cəfərov