Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Fedai.az-ın məlumatına görə, sənədə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın sədri:
Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri:
Fuad Ələsgərov — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Fikrət Məmmədov — Azərbaycan Respublikasının Ədliyyə naziri
Vilayət Eyvazov — Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Allahşükür Paşazadə — Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri
Zahid Oruc — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri
Fazil Mustafa — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini
Azay Quliyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Sədaqət Vəliyeva — Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Aynur Sofiyeva — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcidov — Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev — “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Bəyimxanım Verdiyeva — “Xan Şuşinski” Fondunun rəhbəri
Mehriban Vəliyeva — Akademik Zərifə Əliyeva adına liseyin direktoru Komissiyanın katibi
Kəmalə İsmayılova — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, bunadək Komissiyaya sədrliyi Ramiz Mehdiyev edirdi.