COVİD — 19 STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Bu xəbəri paylaşın: