«Dərdləriylə baş-başa qoyduq», Əli Həsənov qaçdı…

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir. 

Fedai.az xəbər verir ki, sözügedən klinikadan yenisabah.az-a bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı  xəstə qeydə alınmayıb. “Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur” – deyə klinikanın əməkdaşı bildirib.

Halbuki bir müddət əvvəl Əli Həsənovun “Ersek” ürək-cərrahiyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən “Ersek” klinikasına yerləşdirilib.

Xatırladaq ki, Əli Həsənov bir-neçə gün öncə onunla əlaqə saxlayan jurnalistə adı çəkilən klinikada «Qoyun dərdlərimlə baş-başa qalım» demişdi.

Elnur Səlim (Q.K)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •