Türkiyə səfiri: “Bu gün Azərbaycan və Türkiyənin müstəqilliyinə görə Qafqaz İslam Ordusuna borcluyuq”

“Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının  erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bu böyük bayram  Azərbaycana, Türkiyəyə, bütün türk millətinə mübarək olsun”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Anadolu türkünün yox edilmək istənildiyi bir dönəmdə Osmanlı dövləti ən yaxşı əsgərlərini müxtəlif cəbhələrdən çəkib Azərbaycana göndərib:

“Bu, bizim qardaşlığımız baxımından çox böyük bir tarixi hadisədir. Osmanlı öz varlığını düşündüyü qədər Azərbaycan türkünün də varlığını düşünərək ordu göndərdi. Bu gün bizim iki dövlətimiz müstəqil, qardaş olaraq yaşayırsa, “bir millət, iki dövlətik” deyə biliriksə, biz bunu Qafqaz İslam Ordusuna, Bakının işğaldan azad edilməsinə borcluyuq”.

Səfir qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan olaraq eyni şəkildə bizim əleyhimizə çıxanlara qarşı biz birlikdə daha güclüyük:

“Türkiyə ilə Azərbaycan hər haman bir millət iki dövlətdir və qardaşdır”.

Bu xəbəri paylaşın: