Şəhidin xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı olub

 Şəhid Bahadur Bulud oğlunun şərəfinə ucladılmış bulaq-abidə kompleksinin açılışı olub.

Kompleksin açılışında rayon administrasiyasının, hərbçilər, rayon ictimaiyyəti və şəhidin yaxınları iştirak edib.

Açılış edən AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov və digərləri şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs edib, gənclərə nümunə göstəriblər.

Mərasim rus-erməni quldur birləşmələrindən Bakının azad edilməsi gününün 102-ci ildönümünə təsadüf etməsi tədbirdə Azərbaycan — Türkiyə qardaşlığından, ordusunun gücündən, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edildi. Hər iki qardaş ölkənin himnləri səsləndirildi.

Həmçinin, vətənpərvərlik ruhlu və qardaşlığımızı tərənnüm edən musiqi parçaları səsləndirildi.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: