Düşmən mətbuatı təşviş dolu xəbərlər yaymaqdadır. Qaregin Vatikanda Papaya, Azərbaycana «xox» gələn Paşinyan diaspora, yekəbaşlıq edən Tonoyan Kaspişikə, Sarkisyan Rusiyaya yalvarmağa başlayıb. Düşmənin başı əzilməlidir.
Lragir.am-ın yaydığı məlumata görə, atəş nəticəsində ölülər və yaralılar var. Martuni bölgəsində iki nəfər öldürüldü — bir qadın və bir kişi, yaralılar var. Qalan yaşayış məntəqələri üçün məlumatlar dəqiqləşdirilir. Stepanakert də daxil olmaqla məktəblər atəşə tutulub. Qondarma Artsaxın qondarma Ombudsmanı Artak Beglaryan yazır ki, bir çox yaşayış məntəqəsində geniş miqyaslı infrastruktur məhv edilib.
***
Nikol Paşinyanın müraciəti: «Əziz xalqım, Ermənistanın, Artsaxın və Diasporanın qürurlu vətəndaşları. Düşmən Artsaxa hücum etdi. Müdafiə ordusu hücuma uğurla müqavimət göstərir. Əməliyyat haqqındakı vəziyyət barədə, lazım olduqda məlumat veriləcəkdir. Sizi yalnız rəsmi mənbələrə etibar etməyə və düşmən məlumatlarına qarşı diqqətli olmağa çağırıram. Dövlətin, ordumuzun — müqəddəs vətənimizin müdafiə mövqelərinin keşiyində möhkəm dururuq. Və biz qalib gələcəyik».
***
Naşa Armeniya yazır ki, Ermənistan Müdafiə Naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşiklə telefon əlaqəsi saxlayıb. Nazir cəbhədəki vəziyyət məlumat verdi və həyasızcasına Azərbaycanı növbəti təxribat törətməkdə günahlandırıb.
***
Ermənistanlı ictimai fəal Daniel İoannisyan Vardenis-Ağdərə yolunun bağlandığını paylaşıb.
«İrəvandan Xankəndinə Vardenis-Ağdərə yolu ilə getmək mümkünsüzdür. Ona görə Gorus-Laçın yolu ilə getməyi məsləhət görürəm» — deyə o yazıb.
***
«Onlarla yaralı var».
Qondarma «Artsax respublikası» prezidentinin mətbuat katibi Vaqram Poqosyan bunu “Armenpress” ə müsahibəsində söyləyib.
“Bu anda onlarla yaralı mülki şəxsimiz var. Topçular, əsasən yaşayış məntəqələrini vurdu. Təəssüf ki, 2 qurbanımız var: bir qadın və bir uşaq”-deyə Poqosyan bildirib.
P.S. Erməni yalanı burada da özünü göstərir. Artak Beglaryan bir arvad və kişi, Vaqram Poqosyan isə bir qafdın və uşaq deyir. Hərbi qanunlara əməl etməyən qondarma terror rejimi əhalidən qalxan kimi istifadə etməyə çalışır. Qaçan əhalini bölgədən çıxmağa imkan vermirlər…