Putin Türkiyə və Azərbaycan Prezidentlərinə zəng edib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, Ermənistan-Azərbaycan «dövlət sərhədi bölgəsindəki» (Rusiya mətbuatının riyakarlığı, Simonyanın versiyası. Müharibə sərhəddə deyil işğal edilmiş Azərbaycan torpaqlarında gedir. Bunu kim bilməsə də bu işğalda iştirak etmiş Rusiya yaxşı bilir-red.) vəziyyətin gərginləşməsini telefonla müzakirə etdilər.

«İnterfaks»-ın xəbər verdiyi kimi, Kremlin mətbuat xidməti bu barədə dünya ictimaiyyətinə məlumat verib.

Rusiya liderinin gərginliyi artıracaq hərəkətlərin qarşısını almağın vacibliyini vurğuladığı qeyd olunur.

Həm Moskvanın, həm də Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı olduqlarını qeyd olunub.

Bundan əlavə, iki prezident Suriyadakı vəziyyəti müzakirə etdilər.

***

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Prezidentlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Bundan əlavə, İlham Əliyev Vladimir Putini koronavirusa qarşı Rus peyvəndinin qeydiyyatı münasibətilə təbrik edib. Liderlər son vaxtlar Azərbaycan-Ermənistan «sərhədində» baş verən gərginləşmə şəraitində regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaşın: