Siyasətin karikaturasına çevrilən — Paşinyan

  1. Həyat yoldaşının Nikol Paşinyanı sosial şəbəkədə müdafiə etmək cəhdi əks effekt verib.

Sfera.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial media hesabında paylaşdığı status erməni izləyicilərinin gülüş obyektinə çevrilib.

O həyat yoldaşının apardığı uğursuz siyasət nəticəsində, Ermənistan ordusunun itkilərini ört-basdır etmək üçün xalqa bu cür müraciət edib: «Əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb”.

Bu statusa çoxlu sayda bəyənmələr gəlsə də, təhqir dolu şərhlər də yazılıb. Hətta şərhlərə Nikola aid karikaturalar da atılıb.

Bu cür təhqirlərlə öz aqressiyasını bildirən xeyli sayda erməni Paşinyanın özünün və komandasının ön cəbhədə olmasını vacib sayıblar.

2.Ermənilərdən Paşinyana sərt sual — «Niyə özün döyüşmürsən?»

Ermənistan Baş naziri Nikol Paşinyanın öz «Facebook» səhifəsində güclü Azərbaycan ordusunun qarşısında dayanmaq üçün təklif etdiyi fəaliyyət planı ermənilər tərəfindən qəzəblə qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Paşinyanın planı aşağıdakı kimidir.

Addım 1. Könüllülər dəstəsi yaradın (ən azı 30 nəfərdən ibarət).
Addım 2. Bir komandir seçin.
Addım 3. Yerli hərbi komissarlıq ilə əlaqə saxlayın.
Addım 4. Hərbi hissələrin birində təhsili tamamlayın.
Addım 5. Vətəni qorumaq üçün cəbhə bölgəsinə gedin.
Addım 6. Qələbə.

Bu cür bəsit, ibtidai düşüncədən doğan «hərbi plan» Paşinyanın doğrudan da, düşük «zəka» sahibi olduğunu təsdiq etdi.

Ermənilərin Paşinyanın bu planına reaksiyası belə olub.

«İndiki məqamda qələbə qazanmaq üçün 6 addım kifayətdirsə, o zaman buyurun, ilk addımı elə siz atın. Bəsdir bizləri öldürdüz! Əli silah tuta bilməyən insanları ölümə göndərirsiz! Özünüz gedin savaşın. Biz hamımız vətənimizi sevirik, amma siz bizləri düşünmürsüz, ölümə göndərirsiz!» — deyə şərhlərdə qeyd olunub.

3.

Bu xəbəri paylaşın: