CƏBHƏ GÜNDƏLİYİ — 30. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Daha 9 kənd işğaldan azad edildi

«Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!».

***Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

«Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!»


***İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi: «Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq»

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.

***Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə etməkdənsə, Türkiyə və Rusiyanın quracağı masada həll etməyi təklif edib.

Bu barədə “CNN Türk”Ərdoğanla Putin arasında 2 gün öncə baş tutan telefon danışığının məzmunundan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya prezidenti təklifə müsbət yanaşıb. Lakin hələ dəqiq addımlar yoxdur.

***Hikmət Hacıyev: “FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub»

Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki hesabında işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı paylaşım edib.

Paylaşımda deyilir: «FranckMuller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Veynəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Veynəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün yerlərdə daha çox fakt olacaq».


***Ceyhun Bayramovdan İzmirdəki zəlzələ ilə bağlı paylaşım

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.

XİN rəhbərinin “Twitter” paylaşımında deyilir: “Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi. Bu çətin gündə Can Qardaşımızın yanında olduğumuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə!”

***Türkiyədən acı xəbərlər gəlir

Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ baş verib.

Zəlzələ nəticəsində bir neçə yaşayış binası dağılıb.Hazırda xilasedicilər ərazidə axtarış-xilasetmə işlər aparır.

Qeyd edək ki, Bakı vaxtı ilə 15:54-də qeydə alınan yeraltı təkanlar 6,8 bal gücündə olub. Zəlzələnin ocağı Seferhisar sahilləri, dərinliyi isə 16,54 km-dir. Ərazidə 3,4 və 4,7 bal gücündə daha 12 yeraltı təkan qeydə alınıb. 


***Pakistandan Azərbaycana açıq dəstək — «Biz sizin yanınızdayıq…»



«Pakistan hər zaman Azərbaycanı dəstəkləyəcək»
Redaktor.az xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüşündə bildirib. O, ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.


Sonda Azərbaycan və Pakistan arasında miqrasiya sahəsində gələcək əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***Rusiya əvvəldən Ermənistan tərəfindən tutulmuş Azərbaycanın “beş və daha iki” rayonun qaytarılmasının mümkünlüyündən danışırdı

“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib. “Bizim mövqeyimiz tamamilə açıqdır, biz əvvəldən Qarabağ zonası üçün müəyyən rejimin, Ermənistanla qarşılıqlı əlaqə və.s təmin olunması ilə Azərbaycana beş üstəgəl iki rayonun qaytarılması mövqeyindən çıxış etmişik”, — deyə V. Putin bildirib.

O, münaqişənin etnik toqquşmalarla başladığını və Sovet İttifaqı rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün heç bir təsirli bir tədbir görmədiyini xatırladıb. “Bəs Azərbaycan nədən danışır? İstənilən halda yeddi rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi olmamasından. Bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan deyir: biz bu əraziləri geri qaytarmaq hüququna sahibik”, — deyə Rusiya lideri əlavə edib.

***Robert Köçəryan koronavirusa yoluxduğuna görə Rusiyaya gedə bilmədi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan COVID-19 virusuna yoluxub. TASS-a xəbər verir ki, bu barədə onun dəftərxanasından bildiriblər.

Belə ki, R.Köçəryan Qarabağla bağlı danışıqlar aparmaq üçün Rusiyaya getmək niyyətindəymiş. Ona görə də koronavirus testi verib, ancaq nəticə müsbət çıxıb. Bu səbəbdən Moskvaya gedə bilməyib.

***Erməni həyasızlığının zirvəsi

Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə «vidalaşdı». Panik «xalqa müraciətində» Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər — komandası göz yaşı tökən bir video da çəkdi.

Sanki bir Hollivud əsərindən kadrlardır — Araik çox eybəcər şəkildə əyilib Şuşadakı kilsənin mehrabını öpür.

«Bu panik çağırış deyil», — Araik ancaq bunu söyləyib.

***Gürcüstanda ermənilərin yaşadığı Samtsxe-Cavaxetiya bölgəsinin sakinləri Qarabağdakı döyüşlərdə iştirak etmək üçün könüllülərdən ibarət dəstə yaradıblar.

 «Zinuj Media»nın verdiyi məlumata görə, dəstənin yaradılmasının təşəbbüskarı Ermənistan parlamentinin deputatı Şirak Torosyandır. Dəstəyə Cavaxetiyadan olan mühacirlər və Gürcüstanın bu bölgəsində yaşayan Ermənistan vətəndaşları daxildir.

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinin 310-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, xarici dövlətin və ya xarici təşkilatın hərbi xidmətinə Gürcüstanın xarici təhlükəsizliyinə zərər vurmaqla daxil olmaq, habelə digər şəxsləri belə bir əməli törətməyə razı salmaq beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
***Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


***Düşmənin növbəti «Osa» ZRK-sı məhv edildi

Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.

***Düşmənin raket-artilleriya silahları anbarı məhv edildi

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Bu barədə Müdafiə nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib”, – açıqlamada bildirilib.


***Ermənistan din xadimlərini də Azərbaycana qarşı döyüşlərə göndərir

Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.

Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Araratoviç Sahakyan din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq, silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir. Hovsep Sahakyan “Youtube” və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.


***Ermənistanın 3-cü ordu korpusunda üsyan başlayıb

Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib. Bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir.

Muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar) kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər.

Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün polka gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbəmiz bildirir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.

***Anahitin Hiyeredulları Qarabağa leş olmağa gəldilər

Separatçı rejimin “rəhbəri” Araik Arutyunyan ötən gün yenə kömək istəyib. Videomüraciətdə qeyd edib ki, Azərbaycan ordusu Şuşa şəhərinin lap yaxınlığındadır.

Yalvarış tonundan məğlubluq yağan Araikin bu çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb.

Bu fotolar isə onu göstərir ki, erməni kişilər Qarabağ döyüşlərində müzəffər Azərbaycan ordusunun qarşısına çıxmağa qorxur.

Paşinyan axçikləri Araikə köməyə gəliblər

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: