CƏBHƏ GÜNDƏLİYİ — 03. 11.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***


***»Son bir ayda dünyada səslənən hər fikrə, hər mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır»

Bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yazıb.

«İlk günlərdən qardaş ölkələrdən bu dəstəyi görmək böyük mənəvi güc verir, bizim birliyimizi sözdə deyil, əməldə göstərir. Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək», — dövlət başçısı vurğulayıb.

    Son bir ayda dünyada səslənən hər fikrə, hər mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır. İlk günlərdən qardaş ölkələrdən bu dəstəyi görmək böyük mənəvi güc verir, bizim birliyimizi sözdə deyil, əməldə göstərir. Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək.

***Şuşaya bir nəfəs qədər yaxınıq” — İlham Əliyev

Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan müharibənin 35-ci günündə — dünən Bakıya gələn Türkiyənin “Habertürk” saytının yazarı, professor Kürşad Zorlu bu gün maraqlı məqalə ilə çıxış edib.

Kürşad Zorlu noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

Kürşad Zorlu “Cumhurbaşkanı Aliyevden önemli açıklamalar: “Şuşaya bir nefes kadar yakınız!” adlı bugünkü məqaləsində Azərbaycana səfərinin təəssüratlarını bölüşüb.


***İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə AZƏRTAC məlumat verib. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

***Jurnalistin – Paşinyana təlxək demisinizmi?, – sualına prezident belə cavab verdi

Türkiyənin sabiq baş naziri Binali Yıldırımla birlikdə gələn heyət, prezident İlham Əliyevlə görüşdə danışılan bəzi məqamlar barədə məlumat yayıb.

 Kürşad Zorlu həmin görüşdə Azərbaycan prezidenti İlham Əliyevə Paşinyanla bağlı bir sual ünvanladıqlarını bildirib: “Sizin Paşinyana rəqs edən təlxək dediyiniz bildirilir, bu doğrudurmu?”, – deyə soruşduq. Azərbaycan prezidenti İlham Əliyev isə – “bəli, doğrudur, ona hələ az demişəm”, – deyə cavab verdi”.

Yazının davamında isə prezident, Ermənistana çox sayda silah daşındığını, bu barədə beynəlxalq təşkilatlara məlumat verildiyini ancaq heç bir nəticənin əldə olunmadığını qeyd edib.

***Hikmət Hacıyev: “Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir” 

Prezidentin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadəsi ilə bağlı paylaşım edib:

“Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib”.

***Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən uşaq hüquqlarının açıq şəkildə pozulması ilə bağlı müvafiq beynəlxalq təşkilatlara, o cümlədən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət ünvanlayıb.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili özünün “Twitter” hesabından bildirib.

***»Associated Press»: «Azərbaycan Ordusu cənubdan irəliləməkdə davam edir»

“Sentyabr ayının sonunda başlayan döyüşlər Dağlıq Qarabağda son onilliklərdəki ən ciddi hərbi əməliyyatdır. Ermənistan tərəfdən bu günədək 1177 hərbiçinin öldürüldüyü deyilir. Azərbaycan hakimiyyəti hərbi itkilərini açıqlamır, ancaq döyüş əməliyyatları nəticəsində ən az 91 mülki şəxsin öldüyünü və 400 nəfərin yaralandığını bildirir”.

Bu barədə “Associated Press”məlumat yayıb. Məlumatda deyilir ki, bölgədə gərginliyi aradan qaldırmaq üçün son cəhd olaraq Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri cümə günü Cenevrədə bir araya gəldi.​​​​​​​


***Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.

Yanğın beş hektardan çox ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb.


***Ordumuz erməni motoatıcı alayının komandirini MƏHV ETDİ

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.


***Ordumuz düşmənin tabor komandirini məhv etdi 

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.


***Podolyaka: Qarabağda fosforlu bomba tamaşası

Azərbaycanın guya fosforlu bombadan istifadə etməsi erməni tamaşasıdır.

Bunu ukraynalı hərbi ekspert Yuri Podolyaka öz yutub kanalında deyib.

Ekspert Ermənistanın Azərbaycanın guya fosforlu bombadan istifadə etməsi barədə yaydığı videonu şərh edib: “Əgər “Bars Media Documentary Film Studio” yutub kanalında paylaşılmış bu çarxa baxsanız, onun səngərdəki əsgər tərəfindən deyil, peşəkar operator tərəfindən çəkildiyini görəcəksiniz. Bu kanalın bütün videoları bir operator tərəfindən çəkilib və eyni ssenaristlərin işidir. Diqqət edəndə görünür ki, yanğın ocaqlarının sayı çox azdır, baxmayaraq ki, bu, fosfor bombardmanı zamanı yüzlərlə olmalıdır. Bu, fosforlu döyüş sursatlarının tətbiq edilmədiyini sübut edir. Meşəni bu qədər az “raketcik”lə yandırmaq qeyri-realdır. Təsadüfi deyil ki, mərmilərin qəlpələri yanğın ocaqları yaratmayıb. Bütün bunlar onu göstərir ki, ermənilərin sözügedən videosu da yalandır”.


***Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.


***Ağrı bələdiyyəsindən İrəvana «sürpriz»

Ağrı bələdiyyəsinin başçısı Savçı Sayanın yaxın vaxtlarda Ağrıdağ dağının Azərbaycan və Türkiyə bayraqları rənglərində rənglənəcəyinə dair Facebookdakı yazısı abunəçilər tərəfindən böyük həvəslə qarşılandı.

S. Sayan bu məqsədlə artıq lazımi işlərin aparıldığını qeyd etdi.»Tezliklə dağın Ermənistanla üzbəüz tərəfindəki tamaşanın şahidi olacaqsınız» — deyə yazıb.


***MN: Azərbaycan Ordusunun itki verərək geri çəkilməsi də yalandır

Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də yalan, şişirdilmiş ssenarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.


***Ordumuz Xankəndidə düşmənin anbarlarını vurdu

Bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.


***“Ermənistan Müdafiə Nazirliyi dörd gündür münaqişə zonasında həlak olan erməni hərbçilərinin sayını açıqlamaqdan çəkinir”.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.

“Dörd günlük sükutdan sonra Qarabağ münaqişəsi zonasındakı döyüşlərdə həlak olan cəmi 11 hərbçinin adı açıqlandı. Ancaq bu barədə məlumat verilməzdən əvvəl, son 4 gün ərzində erməni tərəfdən itki olub-olmamasının və öldürülənlər barədə niyə məlumat verilməməsinin aydınlaşdırılması üçün Müdafiə Nazirliyinə sorğu göndərdik. Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan sorğuya sadəcə belə cavab verdi: “Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsində problem var”.


***Ermənistanın Baş nazirinin müavini, Fövqəladə Hallar üzrə Komandan, Paşinyanın “sağ əli” Tiqran Avinyan bir gün əvvəl məhv edilib, ya da ağır yaralanıb.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Dağlıq Qarabağ separatçılarının qondarma rəhbəri Araik Arutunyanın korteji Azərbayan Silahlı Qüvvələri tərəfindən vurularkən baş verib. Tiqran Avinyan müharibə dövründə Dağlıq Qarabağ işğalçılarına kömək üçün “könüllü dəstələr”in təşkilində iştirak edib.


***Erməni deputatdan etiraz: “Forma, silah, qida yoxdur!“

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Qevork Petrosyan Qarabağda uğursuzluqlarını etiraf etmək məcburiyyətində qalıb.

Petrosyan bu barədə öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, oğlu da hərbi əməliyyatlarda iştirak edir və 20 gündür ondan heç bir xəbər yoxdur.


***Erməni xisləti: Nikol Paşinyanın növbəti həyasızlığı

Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin ünvanına səsləndirdiyi ittihamlara görə üzr istəyib.

N.Paşinyan bununla bağlı öz «Facebook» səhifəsində yazıb.

Xatırladaq ki, erməni nazir bir gün əvvəl «Jerusalem Post» qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməsini bildirmiş və İsrailin təklif etdiyi humanitar yardımı «Azərbaycan tərəfində döyüşən muzdlulara» göndərməyi tövsiyə etmişdi. Vyanada baş vermiş hücumdan sonra Nikol Paşinyan səhvini etiraf edib: «Bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüflənirəm».

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: