Donald Tramp prezident seçkilərindəki qələbəsini qeyd etməyə hazırlaşır

Donald Tramp ABŞ-da prezident seçkilərindəki qələbəsini qeyd etməyə hazırlaşdığını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, onun sözlərinə görə, o, Ohayo, Texas, Florida, Corciya, Şimali Karolina, Pensilvania, Miçigan, Viskonsin-də demokrat namizəd Co Baydeni geridə qoyub.

“Bizə qələbə üçün bu ştatların belə hamısı lazım deyil”, — deyə o amerikalılara dəstəklərinə görə təşəkkür edib.

Fox News xəbər verir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp Arizona istisna olmaqla bütün əsas ştatlarda liderdir.

Beləliklə, Bakı vaxtı ilə 08.45-dəki məlumatlara görə, Tramp Ohayo, Şimali Karolina, Georgia, Florida, Texas, Michigan, Pennsylvania, Wisconsin və Iowa-dakı rəqibi Cozef Baydeni üztələyir. Demokrat Bayden isə inamla Arizonada liderliyi əlində saxlayır.

3 noyabrda ABŞ-da ümumi seçkilər keçirilir. Amerikalılar prezident və vitse-prezident seçirlər , həmçinin Konqresin yeni tərkibi müəyyənləşəcək. 

Xatırladaq ki, C. Bayden Azərbaycanaqarşı ədalətsiz 907-ci düzəlişin müəlliflərindən biridir.

Bu xəbəri paylaşın: