Laçın dəhlizi bağlanıb

İşğal edilən Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi bağlanıb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ş. Stepanyan özünün “Facebook” səhifəsində məlumat yayıb.

Bir gün əvvəl separatçıların “lideri” Arayik Arutyunyan məmurların Qarabağdan Ermənistana kütləvi şəkildə köçməsi anonsunu verib.

Başqa bir açıqlama isə Artsrun Ovanisyandan gəlib.

«Laçın magistral yolunun təhlükəsizlik səbəbi ilə vətəndaşlar üçün müvəqqəti olaraq bağlanacağı barədə rəsmi açıqlama vermişdik».

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovanisyan, bu barədə ArmenianReport-a verdiyi açıqlamada bildirib.

“Bu gün əlbəttə ki, bu qrupu zərərsizləşdirdik, ancaq müəyyən bir təhlükə ola bilər, riskə getmək istəmirik. «Artsaxı» Ermənistanla birləşdirən iki və ya üç başqa yol var, bu yollardan istifadə edə bilərsiniz ”-deyə Artsrun Ovhanisyan açıqlamsını bitirib.

Bu xəbəri paylaşın: