Ermənistan fosforlu mərmilər istehsalçısıdır

Erməni həyasızlığının bir iyrənc sifəti «Qara səni basınca, sən qaranı bas» siyasətidir. Mülki əhaliyə qarşı atdığı mərmilərin fosfor tərkibli olmasını bildiyinə görə, yalandan hay-həşir salıb.

Noyabrın 3-ü Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən — 24 (iyirmi dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən — 1 (bir) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 25 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Minəxorlu kəndi, Ağdam rayonunun Əfətli kəndi, Bərdə rayonu, Füzuli rayonunun Alxanlı kəndi, Tərtər Köçərli, Qaynaq, Qazyan, Səhləbad, Yenikənd kəndləri, Ə.İsmayılov, H.Aslanov, T.Rəhimov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bu günlərdə saxta video görüntülər yayaraq Azərbaycanı fosfor mərmilərdən istifadə etməkdə günahlandırmağa çalışırlar. Erməni xislətinə bələd olduğum üçün deyə bilərəm ki, bu dezinformasiyadan ermənilər öz işlətdikləri fosfor mərmi və bombalarını gizlətməyə çalışırlar. Hələ müharibədən xeyli əvvəl Beyrutdakı partlayışla bağlı «Biz Livana niyə yardım etməliyik?» adlı məqalədə (07.08.2020) yazmışdım:

«Bu günlərdə Gürcüstanda artıq iki həftədir ki, Rusiyadan Ermənistana aparılan yüklərin sərhədi keçməsinə icazə verilməməsini xəbər olaraq vermişdik. Məlumata görə, bu yüklər ammonium nitratdan ibarətdir və partlayıcıların hazırlanması üçün göndərilir. Erməni tərəfin idiasına görə isə, onlar sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdir, məsələn, dağ-mədən, yol tikintisi və s. 2016-cı ildə azot və fosforlu mərmilərdən ermənilər Tərtər istiqmətində istifadə etmişdi.»

Ammonium nitratla bağlı apardığımız araşdırma zamanı bu kimyəvi maddənin Ermənistanda saxlanc yerlərini müəyyən etdik:

 1. “Vanadzor Ximprom” zavodu — 4 xüsusi qabda təxminən 2 ton ammoniyak və 0,5 ton kükürd turşusu saxlandığını izah edib. Təhlükəli maddələr saxlanılan 4 konteyner təhlükəsizlik sistemi vasitəsilə 5-ci saxlama konteynerinə bağlıdır.

2. Nubaraşen zəhərli kimyəvi maddələr (herbisid) poliqonu — Nubaraşen problemi və həlli işlərinin hazırlanması üzrə hakimiyyətlə yanaşı, BMT-nin İnkişaf Proqramı çərçivəsində Qlobal Ətraf Mühit Fondunun “Müddəti bitmiş pestisid ehtiyatlarının məhv edilməsi və Kimyəvi maddələrin təhlükəsiz idarə edilməsi proqramı çərçivəsində davamlı üzvi çirkləndiricilərin atılması” mövzusunda işlərin aparıldığı məlum olub. 1970-ci illərdə Ermənistanda təhlükəli üzvi xlorid pestisidlərin istifadəsi qadağan edildiyi zaman Nubaraşen herbisit qəbiristanlığı kimi yaranıb. Qadağan olunmuş və vaxtı keçmiş kimyəvi qarışıqların xalis həcmi təxminən 600 tondur. Deyilənlərə görə, buradakı tullantıların əksəriyyətində xlor var (təxminən 60%). Qalan hissə civə olanlar və fosfordan ibarətdir. Əgər Ermənistanın bunu ləğv etmək istəyi vardısa, Rusiyadan 2020-ci ildə 40 maşın azot alması nə ilə bağlı olmasını beynəlxalq təşkilatlar araşdırmalıdır.

3.“Haygyuğkimya” istehsalat birliyinin anbarları — bu müəssisənin də uçuq-sökük anbarlarında, əsasən azot, ammonium nitrat qalıqları saxlanması barədə erməni ekoloqlarının tənqidi rəyləri mövcuddur (Ordu.az).Buradakı zərərli kimyəvi maddələri qalıq kimi qeydə aldırıb ABŞ -dan bu təhlükə mənbəyiin ləğvi üçün dəfələrlə qrantlar alıblar. Lakin bu sahədə heç bir iş görülməyib.

Bu maddələri Fransa, Almaniya və ya Yunanıstana satmaq üçün yollar aranıb. Tranzitə Gürcüstan icazə verməyib və İrana da ABŞ sanksiyaları səbəbindən sata bilmədiklərini deyirlər. Yəni ABŞ-a təhlükəli tullantı kimi təqdim etdikləri bu maddələr istifadəyə yararlıdır və ermənilər bundan fosforlu mərmilər, bombalar hazırlamaqdadırlar. Əgər rəsmi İrəvan bu maddədən can qurtarmaq istəyirdisə, nəyə görə 24 iyul 2020-ci ildə Rusiyadan yeni partiya ammoniyak natrium almağa çalışırdı?

Bu faktlar aidiyyatlı qurumlara təqdim edilməlidir. Düşmənin, həm 2016-cı ildə, həm də 2020-ci ildə dinc əhaliyə qarşı beynəlxalq qanunlarla qadağan edilmiş silahlardan istifadə etməsini hərbi cinayət kimi təqdim etməliyik.

Rusiyada hazırlanmış partlayıcı maddə (ammoniyak nitrat) ilə yüklənmiş avtomobilər Larsda Rusiya tərəfinin bütün prosedurlarını keçib, lakin Gürcüstan tərəfi onların Gürcüstanın gömrük sərhədini keçməsini qadağan etməkdədir.

Məlum olub ki, təkcə bu il ərzində artıq 40-a yaxın maşın göndərilib və bu təhlükəli yüklər bundan sonra da müəyyən olunmuş qaydada hər ay göndərilməliymiş. Saxlanılan yüklərin aqibətinin necə olacağı isə hələlik məlum deyil. Əsas məlum olan isə odur ki, düşmən bu partlayıcıdan bizə qarşı silah — sursat hazırlayacaqdır.

 Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: