*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***
***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibədə deyib:

— Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər, bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir.
Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub.
Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi feyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir.
***Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılıb

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılıb. Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının tərkibinə sədr, sədr müavini və üzvlər daxildir.
***Hikmət Hacıyev: «Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib»

Azərbaycanın işğal altındakı Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib. Hətta qəbiristanlıqlara qarşı göz yumulmayaraq onlar vandalizm və barbarlığa məruz qalıb.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb. «Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan Azərbaycanın bütün izlərini silməyə çalışıb», — o əlavə edib.
***«Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var»

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O, deyib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin 30 il ərzində tikdiyi istehkamları yarır və hədəfə yaxınlaşır.
***Ermənistan bu üç ölkədən Qarabağa muzdlu gətirir – Amerika nəşri

“Ermənistan Azərbaycan ərazilərindəki işğalını davam etdirmək üçün Suriya və Livandan Dağlıq Qarabağa muzdlu döyüşçülər gətirib”.
Bu barədə ABŞ-da fəaliyyət göstərən “The Jewish Press” nəşri məlumat yayıb.
Nəşr işğalçı ölkənin Dağlıq Qarabağa Livandan da muzdlu cəlb etdiyini bildirib.
Mənbənin məlumatına görə, muzdluların bir çoxu erməni əsilli Livan və Suriya vətəndaşlarıdır.
***Düşmənin minaatan bölmələri dəqiq atəşlə məhv edildi

Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
***Düşmən alayları tapşırığı yerinə yetirmədi, mövqeləri ataraq qaçdı

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.
***Düşmən Ağdərədə iflic vəziyyətdədir

Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatlar, yanacaq sürtkü materialları çatışmır. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.
Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.
***Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı general-mayor Norayr Mirzoyan məhv edilib

Bu barədə erməni hərbi mənbələri məlumat yayıb. Erməni generalla birgə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib. Qeyd edək ki, Dağlıq Qarabağda ordumuza qarşı döyüşən Norayr Mirzoyan adlı polkovnikə birbaşa döyüş mövqeyində general-mayor paqonları ötən gün təqdim olunmuşdu. Ona general rütbəsini qondarma rejimin «Milli Təhlükəsizlik Xidmətinin rəhbəri» Kamo Aqacanyan təqdim etmişdi.
***MN: Düşmən Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutub

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.
***Ermənistanın «Vətən» muzdlu dəstəsi darmadağın edilib

Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.
Bu məlumatı Ermənistanın Vətən Partiyası yayıb.
Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.
***Ordumuz “Sərsəng”də terror törətmək istəyən PKK-çıları məhv etdi

Gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər. Daxil olmuş əməliyyat məlumatları əsasında, onların «Sərsəng» SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb. Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv edilib. Əldə edilən məlumata görə, məhv edilən terrorçuların daxilində «Əl-Həsəkə Hərbi Şurası”nın üzvləri, vaxtilə «Barış Pınarı” əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktları törətmiş Əbdülbari Zərdüşt, Seydo Ahmet, Mahir Qabar kimi şəxslər yer alıb. Qeyd edək ki, gecə ərzində aparılan əməliyyatlar zamanı azı 15 PKK terrorçusu məhv edilib.
***Rusların menyüsünə: Ermənilər muzdluları bu dəfə Abxaziyadan toplayır

Donbassda məşhur olan terrorçu Axra Avidzba (Abxaz) Abxaziyadan bir qrup etnik erməninin Dağlıq Qarabağa gedəcəyini elan edib.
Bu barədə rus döyüşçü Yuri Kots öz Telegram kanalında məlumat verib. Bildirilib ki, cəbhəyə getmiş və ya gedəcək ermənilərin dəqiq sayı barədə məlumat yoxdur. Sosial şəbəkə istifadəçiləri «etnik ermənilər”in fotosunun Rusiyanın Soçi şəhərində çəkildiyinə diqqət çəkiblər: «Bunlar necə «etnik”dirlər? Bunlar təmiz muzdlulardır!” Qeyd edək ki, Axra Avidzba Donetskdə tanınmamış «Donetsk xalq respublikası”nın rəhbərlərindən biridir. Bir neçə il öncə yoxa çıxan terrorçu 2020-ci ildə aksiyalardan birində görüntülənib.
***Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir — Rusiya mediası

İnternetdə Ermənistan Hərbi Hava Qüvvələrinin Qarabağda gedən döyüşlərdə 5 Su-25 hücum təyyarəsi itirdiyini təsdiqləyən foto yayılıb.Bu haqda actualnews.org Rusiya saytı yazır. Belə ki, Yerevan yaxınlığındakı Erebuni aerodromundan peyk çəkilişləri hazırda orada cəmi 10 Su-25 təyyarəsinin qaldığını təsdiq edir. Əvvəl isə aerodromda 15 Su-25 qırıcısı görünürdü. Qalan 5 təyyarə isə Azərbaycan ordusunun Qarabağda gedən döyüşlərdə vurduğu və Müdafiə Nazirliyi tərəfindən rəsmən açıqlanan Su-25 təyyarələrinin sayı ilə üst-üstə düşür. Avia.pro qeyd edir ki, bu peyk görüntüləri Azərbaycanın güclü hava hücumundan müdafiə sisteminə malik olduğu halda Ermənistanın bu miqdarda təyyarələri döyüşə atmasının və itirməsinin təsdiqidir.
***Ermənistan ordusunun məşhur snayperi məhv edildi

Ermənistan ordusunun məşhur snayperi Razmik Tatulyan məhv edilib.
Bu barədə Ermənistan seqmentində məlumatlar yayılıb. Razmik Tatulyanın gecə Azərbaycan Xüsusi Təyinatlıları tərəfindən öldürüldüyü bildirilir.
***“Həddindən çox yaralı əsgərimiz var” — Erməni deputat

«Çiçəklənən Ermənistan» Partiyasının deputatı Naira Zöhrabyanın erməni əhalisinə müraciəti buna nümunə ola bilər. Erməni deputat müraciətində bildirib ki, həddindən artıq yaralı əsgər var və onların həyatda qalmaları üçün təcili qan lazımdır. «Təkcə, İrəvandakı xəstəxanalarda həddindən artıq yaralı əsgər var. Onların yaşaması üçün qan lazlmdır. Mən hamını İrəvandakı Hemotologiya Mərkəzinin qarşısına çağırıram. Gəlin qan verin, əsgərlərin həyatını qurtaraq», — deyə o bəyan edib.
Nairə Zöhrabyanın müraciəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin Qarabağdakı hərbi “uğurlar” barədə açıqlamarı ilə ziddiyyət təşkil edir.
P.S. Bir vaxtlar Azərbaycanın Birinci xanımına «xox» gələn Nairanı indi erməni leşləri narahat edir…
***Sosial şəbəkələrin erməni seqmetində Paşinyan ailəsi yenidən sərt tənqid hədəfindədir

Buna səbəb baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot Paşinyan və parlamentin sədri Ararat Mirzoyanın olduğu fotonun üzə çıxmasıdır. Belə ki, ermənilər həmin foto ilə Anna və oğlunu ifşa ediblər. Onlar paylaşımlarına istehza ilə «ön cəbhədə» yazıb və Paşinyan ailəsini xalqı aldatmaqda ittiham ediblər. Bir neçə gün əvvəl Anna Akopyan oğlu Aşotun guya Qarabağa döyüşə getdiyini bildirsə də, bu foto onun yalanını üzə çıxarıb.
Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi, erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bir məqamda Paşinyanın oğlunun gülərək foto çəkdirməsi hiddət doğurub. Ermənilər Paşinyan ailəsini tənqid edərək, insan həyatının onlar üçün dəyərsiz olduğunu bildiriblər. «Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”, — deyə Ermənistanın «168.am” nəşri yazıb.
***Cizgi filmində Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan bayrağının rənglərində olan qalstukla dünyaca məşhur erməni mənşəli musiqiçi Serj Tankyanın “Ruhlar” (rusca “ruhla” — erməni “məxməri inqilabı”n şüarı)” yazısı yazılmış köynəkdə təsvir olunur. Şüşə butulkanın üzərində isə «tut arağı» yazılıb.

RUSARMINFO yazır ki, əvvəllər «System of a Down»un solisti Serj Tankyan Ermənistandakı “Məxməri İnqilab” haqqında sənədli film çəkəcəyini bildirmişdi.

QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim
