Füzuli Rzaquliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bildirir ki, son günlər düşmənlərimizə əlaltılıq edən 5-ci kalon nümayəndələri Ali Baş Komandanın yürütdüyü hərbi strateji xəttə qarşı çıxışlar etməyə başlayıblar. Vətənin mənafeyini öz xain istəklərinə qurban verən belələri təəssüf doğurur. Sizin yürütdüyünü uğurlu siyasət, hərbi-siyasi nailiyyətlər xəyanət yolu tutmuş bu şəbəkəni çaş-baş salmaqdadır. Belə satqınlarla mübarizədə Ali Baş Komandanımızın yanında və əmrində olduğumuzu bəyan edirik.
1990-cı illərin əvvəllərində edilmiş yanlışların bir daha Azərbaycan əleyhinə təkrarlanmasına yol verməməliyik. Belə xainlərin şəxsi ambisiyaları və məkrli düşmənlə işbirliyində olmaları səbəbindən düşdüyümüz durumu xatırlatmaq yerinə düşərdi. O dövrdə ölkə rəhbərliyinin səriştəsizliyi bu xainlərin əl-qol açmasına meydan vermişdi. Bu gün isə durum fərqlidir və biz öz Prezidentimizə inanırıq, ölkədə xaos yaratmaq istəyən qüvvələrin qarşısında dayanmaq üçün nə lazımdırsa, etməyə hazırıq.
Cənab Ali Baş Komandan, torpaqlarımızın azad edilməsi istiqamətində apardığınız məqsədyönlü siyasəti dəstəkləyir, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını alqışlayırıq. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik.
67 min müharibə veteranı adından hörmətlə,
Füzuli Rzaquliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.(Prezident.az)
