Sosial media üzərindən Baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh danışıqlarına çağıran ermənistanlı fəalın evinə gələn polis müvafiq postu silməyi tələb edib, bu barədə Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi qeyri-hökumət təşkilatının rəhbəri Georgi Vanyan öz Facebook-unda bildirib.
Onun yazdığı posta əsasən, evinə gələn polislər müharibəni dayandırmaq və qonşu dövlətlə (Azərbaycan nəzərdə tutulur –red.) danışıqlara başlamaq çağırışını ehtiva edən Ermənistanın Baş Nazirinə açıq məktubun mətnini FB-dən yığışdırmağı tələb ediblər.
“Həm də astronomik cəriməni nəzərdə tutan nəsə aktın imzalanmasını təklif etdilər ki, yazını silməkdən imtina etsəm, cərimənin məbləği iki qat artacaq,” – polisin təklifini rədd edən Vanyan yazır.
Georgi Vanyan Nikol Paşinyana 20 oktyabrda yazdığı müraciətinin cavabsız qaldığını bildirir.
QHT rəhbərinin sözlərinə görə, ona qarşı illərlə davam edən təqib, təzyiq və hədələrə diqqət yetirməyən hakimiyyət son məktuba nədənsə çevik reaksiya verib.
