CƏBHƏ GÜNDƏLİYİ — 07. 11.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***“İlham Əliyevlə danışdım, qələbəyə yaxınlaşırıq” — Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Konqresində çıxış edib və bildirib ki, Azərbaycan qələbəyə çox yaxındır. 

«Bu sabah İlham Əliyev qardaşımla telefonla danışdım. Prosesləri birbaşa özündən dinlədim. Müsbət nəticələri eşitdikdə çox sevindim. Qələbəyə yaxınlaşırıq. 30 il işğal altındakı torpaqlardan ayrı qaldılar. Amma indi torpaqlara qovuşurlar.”

***İlham Əliyev daha 16 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi

Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı paylaşım edib.

Dövlət başçısı “Twitter” hesabında yazıb:

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

***“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və xaricdəki Azərbaycan icmalarının üzvlərinə qarşı təhdid və hücumları qətiyyətlə pisləyirik” 

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.

“Bu cür qanunsuzluqlara görə təqsirkarlar cavab verəcəklər”, — deyə o qeyd edib.

***Хикмет Гаджиев: Армяне полностью разрушили кладбище в освобожденном Физули

«Армяне полностью разрушили кладбище в освобожденном от оккупации Физулинском районе Азербайджана. Они ведут себя как вандалы и варвары даже по отношению к кладбищам». Oб этом написал в Twitter помощник Президента Азербайджанской Республики, заведующий отделом по вопросам внешней политики Администрации Президента Хикмет Гаджиев.

Он отметил, что в ходе осмотра на месте освобожденных от оккупации земель будет выявлено еще больше фактов в связи с военными преступлениями Армении: «Армения попыталась стереть все следы Азербайджана на оккупированных территориях». 

***Müdafiə Nazirliyindən Şuşa şəhəri ilə bağlı AÇIQLAMA

Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb.

***Putinlə Makron Dağlıq Qarabağı müzakirə etdilər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fransanın dövlət başçısı Emmanuel Makronla telefonla danışıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Prezidentlər Qarabağda Rusiya Federasiyasının və Fransanın o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinin davam edilməsini təsdiq ediblər.

***Savaş bitir, erməni ordusu darmadağındır — Strelkov

İrəvanın taktiki və strateji səhvlərinə görə erməni hərbçilərin indi Ağdam və Xankəndindən geri çəkilmək üçün yolları bağlanıb. Vəziyyət kritik həddə yaxındır. Bakı isə sərfəli mövqedədir. Azərbaycanın dronları erməniləri dalana dirəyib.

Bu barədə qondarma DXR-in keçmiş “müdafiə naziri” İqor Strelkov NSN-ın efirində danışıb.

«Şuşa ciddi strateji nailiyyətdir. O alınsa, ardınca Dağlıq Qarabağ da alınacaq. Məsələ bir neçə həftə sürəcək. Ermənilər Şuşanı saxlaya bilsələr belə, Yeni ildən sonra Ermənistan ordusu darmadağın edildiyi üçün hərbi əməliyyatlar dayandırılacaq», — o bildirib.

***Düşmənin bugünkü itkiləri

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

***Tərtərdə evə mərmi düşdü

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.

***Düşəmənin xüsusi təyinatlı hərbi hissəsi və kəşfiyyat taboru DARMADAĞIN EDİLDİ

Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, söyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb. Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.

***Ermənistan Bərdəni atəşə tutdu, 16 yaşlı yeniyetmə həlak oldu 

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 07.11.2020-ci il tarixdə düşmənin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

***MN XƏBƏRDARLIQ EDİR

Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərə baxış zamanı əldə olunan materiallardan sübut edilib ki, Azərbaycan Ordusu yalnız Ermənistan silahlı qüvvələri ilə deyil, həm də muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmalarla mübarizə aparır.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

«Düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də hansısa könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz. Həyatda qalmaq üçün onların bir yolu var: vaxt itirmədən silahı yerə qoyaraq döyüş meydanını tərk etmək»

***İsraildə erməni terrorunun qurbanları yad edilib  

İsraildə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Qüds (Yerusəlim) şəhəri yaxınlığında “Xocalı-613” bağında işğalçı Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də, digər yaşayış məntəqələrində törətdiyi terror aktlarının qurbanları yad edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

***Ermənistanın atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

***Şuşa ətrafında düşmənin yüksək rütbəli zabitləri məhv edildi 

Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum hərbi əməliyyatları zamanı düşmənin daha bir neçə yüksək rütbəli hərbçiləri məhv edilib.

Şuşa ətrafında gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən polkovnik Artyom Mirzoyan, kəşfiyyat qrupunun komandirləri — Gnel Fidanyan və Mixayıl Sirunyan, həmçinin baş leytenant Hamlet Hovhanes Qriqoryan və kapitan Vardan İlikinyan məhv edilib.

Məlumatı hərbi jurnalist Tofiq Şahmuradov yayımlayıb.

***Şuşa uğrunda şiddətli döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.  

Azərtac xəbər verir ki, Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması barədə məlumatı təsdiqləyiblər. Ohanyan Şuşanın hərbi komendantı təyin edilmişdi.


***Xocalı faciəsinin təşkilatçılarından biri — Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın yaxın adamı, mayor Vaqe Sirunyan da məhv edilib.

Bu barədə Ohanyanın feysbuk səhifəsində paylaşım edilib.

Qeyd edək ki, hərbi cinayətkar Seyran Ohanyanın özü və oğlu Artur ötən gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisindəki döyüşlərin gedişində yaralanıblar.

***Paşinyanın Annasının əsgərlərimizdən «umacağı var»Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib ki, on günlük təlimlərdən sonra dəstəmiz döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır.

Anna Akopyan, öz Facebook səhifəsində «Öz dəstəmizə «böyük çar Tiqranın qızı, Böyük Ermənistanın çariçası Eratonun adını verdik»-deyə yazıb.

***Müharibə teatr deyil, Paşinyan,  başa düşmürsənmi?!.” – Erməni qadın

“Tarixi bilən hər kəsin Anna Akopyanın  dəstəsinə adını qoyduğu Erato adlı erməni kraliçanın vətənini sataraq  İrana qaçmasından xəbəri var…”

Oğlu Azərbaycan torpaqlarındakı döyüşlərdə işğalçı hərbçi kimi ölmüş Ermənistan sakini, “AyAspet” fondunun rəhbəri Karin Tonoyan “Facebook” səhifəsində qəsbkar ölkənin baş naziri Nikol Paşinyana   yazdığı müraciətdə onu  erməniləri təhqir etməkdə, əsəbləri ilə oynamaqda günahlandırıb. 

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: