Rusiyanın hərbi yük təyyarəsi “İl-76” Ermənistana nə daşıyır?

Rusiya hərbi yük təyyarələri Ermənistana gəlməyə başlayıb. Bu barədə “Avia Pro” xəbər verir. Bildirilir ki, bir sıra mənbələrə görə, Rusiyanın hərbi yük təyyarəsi “İl-76” Mozdokdan Erebuni hərbi hava bazasına enib.

Yükün nədən ibarət olduğu naməlum olaraq qalır, ancaq hava gəmisinin ictimaiyyətə açıq izləmə mənbələri tərəfindən izlənmədiyi bildirilir. Uçuş transponderlər söndürülmüş vəziyyətdə həyata keçirilsə də, “Zapiski Oxotnika” “Telegram” kanalı tərəfindən ekipaj üzvlərinin danışıqlarının yayılması mümkün olub. Söhbət Mozdokdan havaya qalxaraq Xəzər dənizinə doğru irəliləyən və daha sonra İran ərazisindən keçərək Ermənistanın hava məkanına daxil olan 78847 nömrəli “İl-76” təyyarəsindən gedir.

Təsdiqlənməmiş məlumata görə, “İL-76” 78847 Rusiya Aerokosmik Qüvvələri Mozdokdan Erebuni hava bazasına daxil olub»- deyə «Teleqram» kanal bildirib.

Əvvəllər 78847 nömrəli “İl-76” təyyarəsi Suriyaya uçuşlar həyata keçirib. Lakin onun bu uçuşları haqqında məlumat əldə etmək mümkün olmayıb. Həmçinin Erübuni hava limanına gətirilmiş yük barədə də məlumat verilmir.

Rusiyadan bu müəmmalı uçuşla bağlı hələ rəsmi açıqlamalar verilməyib, həmçinin Ermənistana daşınan yüklərlə bağlı da məlumat yoxdur, lakin mütəxəssislər təyyarənin Azərbaycanın S-200 və S-300 hava hücumundan müdafiə sistemlərinin radar məsafəsindən kənar uçmasına diqqət çəkirlər, bu bir sıra suallar doğurur.

Üstəlik, bir sıra mənbələr təyyarənin Erebuni hava bazasına birdən çox eniş edə biləcəyini — bir neçə döyüş təyyarəsi ilə müşayiət olunduğunu bildirirlər, lakin bu məlumatlar da təsdiqlənməyib.

Bu xəbəri paylaşın: