Demokratlardan prezidentliyə namizəd Cizef Bayden seçkiləri qazanmaq üçün lazım olan 270 seçici səsini ala bildi.
Cozef Bayden əsas əyalətlərin çoxunda birinci yerə çıxıb. Hələlik bu, rəsmi bir qələbə demək deyil: seçicilər kollegiyası ABŞ prezidentini dekabrın 14-də seçəcək.
ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçki nəticələrini məhkəmələrdə mübahisələndirməyə hazırlaşır. Ancaq Baydenin ABŞ-ın növbəti prezidenti olacağı ehtimalı yüksəkdir.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp prezident seçkilərində böyük fərqlə qalib gəldiyini açıqlayıb.
Bu barədə respublikaçıların namizədi öz “Twitter” səhifəsində yazıb.
“Bu seçkiləri böyük fərqlə qazandım!” — D. Tramp öz “Twitter” hesabında böyük hərflərlə yazıb.
