Nikol Paşinyan Almaniyanın ARD telekanalına müsahibə verib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın ARD telekanalına müsahibəsində Azərbaycanla maddi danışıqlara başlamağın şərtləri barədə sualı cavablandırarkən deyib: Müharibə zamanı danışıqlar haqqında danışmaq normal olsa da, lakin real deyil.

“Əslində danışıqların şərtləri 10 oktyabr tarixli Moskva bəyanatında müzakirə edildi və razılaşdırıldı, daha sonra təsdiqləndi. Moskva bəyanatı Rusiya prezidentinin vasitəçiliyi ilə qəbul edildi, daha sonra Fransa və ABŞ prezidentlərinin vasitəçiliyi ilə təsdiqləndi. Və proqram orada açıq şəkildə yazılıb, əslində razılaşdırılıb. Yəni razılaşdırılmış məqamlar varsa, bir-birinizə şərt irəli sürməyin mənası nədir, axı bu birgə razılaşdırılmışdı? Yəni artıq hər hansı bir şərt irəli sürmək lazım deyil. Şərtlər artıq orada yazılıb və biz onları məqbul hesab edirik”-dedi.

Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun bu məsələnin müzakirə ediləcəyi və həll ediləcəyi yeganə format olduğunu vurğuladı.

“Bu o demək deyil ki, beynəlxalq ictimaiyyət Minsk qrupu həmsədrlərini dəstəkləməməlidir. Əlbətdə ki, beynəlxalq ictimaiyyət dəstək verməlidir, lakin müzakirələrin formatı Minsk Qrupu olmalıdır” deyə fikir bildirib.

P.S. Həqiqətən də bu xalq xəstədir. ATƏT Minsk Qrupu və onun ermənisevər həmsədrləri olan ölkələr bu xalqın müalicəsiylə ciddi məşğul olmalıdırlar. Azərbaycan olaraq biz də dəyərli məsləhətlər verə bilərik. Çünki bunları yaxşı tanıyırıq…

Bu xəbəri paylaşın: