Adını unutduğum bir məşhur deyib ki, müharibə, hətta ailənin ən gizlin intim həyatını da tarix səhnəsinə çıxarır. Qısa vaxtda bu xainlərə xalqımızın göstərdiyi təpkiləri alqışlayıram. Birinci Qarabağ müharibəsinin iştirakçısı və şahidi kimi erməni dezinformasiya mexanizminin, şəxsən Ali Baş Komandanın cənab İlham Əliyevin seçdiyi strateji taktika düşməni və onun içimizdə bəslədiyi xain kolonun tərksilah edilməsinə nail oldu.
5-ci kolon mənsubları gözləmədikləri bir durumla üzbəüz qalaraq nə edəcəklərini müəyyən edə bilmədilər. Aprel döyüşləri zamanından da fərqli olaraq informasiya sızıntısının qarşısının qismən alınması daxildə şaiyələrin yayılmasına imkan tanımadı.
Bu düzgün seçilmiş bir taktika idi və düşmən bu taktikanı gözləmirdi. Birinci Qarabağ müharibəsi haqqında uğurlarla bağlı, 1992-1993-cü illərdə Ermənistan DTK (KGB) sədri olmuş Valeri Poqosyan bildirmişdi ki, bu «qələbənin» 60%-ni daxildə aparılan pozuculuq işləri ilə bacardıq.
Bir faktı da bir daha təkrarlamalıyam ki, bu işdə bəzi anası erməni olanların xüsusi rolu böyük olub. Bu xəyanətlərin rolunu biz döyüşçülər daha yaxşı bilirik. Bunu bildiyimizə görə belələrinə qarşı mübarizəni öz borcumuz sayırıq. Şaiyə yayanlar, dezinformativ məlumat yayanlar və ordumuzun gördüyü böyük işlərə kölgə salmaq istəyən hər kəsə qarşı diqqətli olmalıyıq.


Bu günlərdə Emin Hüseynov adlı Vətən xaininin ölkəmiz və döyüşdə şəhid düşən əsgərlərimiz haqqında sərsəmləmələri diqqətimi cəlb etdi. «Ədalət» axtardığını deyən bu şərəfsiz, ən yaxşısı dayısını axtarmalıydı. Tapdığı dayısının kimliyini ortaya qoymalıydı. Xatırladım ki, bu xainin dərdi bəzi saytlarda onun anasının erməni olması ilə bağlı yazdıqlarının qisasını almaq istəyidi. Bu faktı bəzi saytlar ortaya qoyub. Sənədlər yayıblar. Təkzib etmək əvəzinə ölkə rəhbərini hədəfə alan bu erməni əlaltısı, özünü o qədər yekə bilib ki, buna görə prezidentdən hesab istəməyə başlayıb. Güya ölkə rəhbəri işlərini buraxıb Emin və Mehmanın anasının milliyəti ilə məşğul olacaqmış? Bunların dayısını tapacaqmış.
Yazan bəlli və necə deyərlər, «vuran oğul dədəsinə gənəşməz». Ver məhkəməyə və əksini sübut elə. Ölkə prezidentinin nəyinə lazımsan ki, hələ durub sənin nəslini də araşdırsın? Zalım oğlu, təkcə Bakıda 30 min xalan var. Hələ bu azmış kimi, Eynulla Fətullayev gedib general polkovnik Mikayel Arutyunyanın bacısı Zoya Aruyunyanı da Kürdəmirdə tapıb. Əgər ona desəydin, dayını da tapardı. Sən də qisasını Vətəndən deyil, öz dayından alardın. Bu Vətənin heçmi sizlərin üstündə haqqı yoxdur? Çörəyimizi yeyib Ermənistana xidmət edirsiniz.
Emin Hüseynov kimilərinin anası erməni olması feyk olsa belə, onun bu ölkəyə müxalif olaraq fəaliyyət göstərməsinin bircə adı var və o da ermənilikdir. Dəfələrlə yazmışam və bir daha da təkrar edirəm ki, erməni adlı bir millət yoxdur. Ermənilik bir həyat tərzidir. Yəni bu günlər öz iyrənc istəklərinə, havasıyla, suyuyla böyüdüyün bir ölkənin maraqlarını qurban verməyin adı da ermənilikdir. Erməniyə xidmətdir. Bəlkə də bu iyrənc mənsubluğunu Emin Hüseynov «salavat» verib təmizləyəcək və həyatına xəyanətlərlə birgə davam edəcəkdi.
Yolun sonuna gəldik. Erməninin buynuzu, olmur, Emin Hüseynov. Bu Vətənə xəyanət edən hər bir pisliyin adı, elə ermənidir. Bu Vətənə xəyanət edənlərə xidmət edənin də adı ermənidir. Amma Ali Baş Komandan sənin cinsindən olanlar haqqında haqlı olaraq demişdi ki, «onlar ermənidən də pisdirlər». Əlbəttə ki, erməniyə işləyənlər ermənidən də pisdirlər. Çünki pisliyə işləyən, pisdən də pis olandı. Sən çalış o murdar və xain dilinə şəhid və döyüşçü adı alma. Bu sənə köhnə döyüşçülərin məsləhəti. Ağıllı ol…

Amma ağıllı olmana Aleksandr Lapşin imkan verməz. Axı o da erməniliyə xidmət edir. Şəkildə də bir-birinizə çox yaraşırsınız. Çünki xainlərlə satılmışların «torpağı» elə Hayastandan götürülüb».
X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

