AVMVİB sədri Ali Baş Komandanı təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, müharibə veteranları adından Şuşa şəhərinin azad edilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyevi təbrik etdi. 


AVMVİB sədri Füzuli Rzaquliyev: «Şuşa şəhərinin azad olunması münasibətiylə Qarabağ fatehi, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı, Azərbaycan Silahlı Qüvvələrinin bütün qəhrəman şəxsi heyətini təbrik edirəm!.
Cənab Ali Baş Komandan!

Bu gün bu zəfər tarixini yazan bir Komandan kimi ən gözəl sözlər, şükranlar və dualarımız Sizinlədir! Sizinlə eyni bir dövrdə yaşamaq qürurunu bizə verdiyiniz üçün, milli heysiyyətimizi dirçəltdiyiniz üçün bu xalq sonsuzadək Sizə minnətdar olacaqdır.

Var olun, Komandan! Tanrı Sizi qorusun!»

Bu xəbəri paylaşın: