Prezidentə yazırlar: «Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız»

Ali Baş Komandan cənab İlham Əliyevə!

Bu gün xalqımızın ən xoşbəxt günüdür. Azərbaycanın tacı olan Şuşa taxtına qayıtdı. Şuşa varsa, Qarabağ var! Qələbə qazanan Ordumuz, cəsur və qəhrəman əsgər və zabitlərimiz bütün dünyada öz cəsarətlərini və peşəkarlıqlarını nümayiş etdirdilər.

Bir millət olaraq, bir dövlət olaraq bu günü bizə bəxş edən, qürurumuzu qaytaran və şərəfli tariximizi yazan qəhrəman Azərbaycan əsgərinə, eləcə də doğma torpaqlarının hər qarışını qanına səpən igid Şəhidlərimizə əbədi borcluyuq. Bütün Şəhidlərimizin qarşısında baş əyirik. Bizi qalib bir millətə çevirdiyinizə, bu xoşbəxt günləri yaşatdığınıza görə Sizə cənab Ali Baş Komandan dərin minnətdarlığımızı bildiririk. Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız və bununla da tariximizdə Fateh kimi öz layiqlimyerinizi tutdunuz.

Elmar Hüseynov

AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri
Azərbaycan bayrağı ordenli, 1-ci Qarabağ müharibəsinin
veteranı, ehtiyatda olan polkovnik

İlham Rüstəmov 

AVMVİB Nəsimi rayon şöbəsinin sədr müavini, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant 

Bu xəbəri paylaşın: