Prezident İlham Əliyev Azərbaycan Qoşunlarının separatçı “Dağlıq Qarabağ Respublikası”nın strateji şəhəri olan Şuşanı aldığını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın tanınmış nəşri “LE FİGARO” məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Prezidenti xalqa müraciətində “Şuşa şəhərinin azad edildiyini sizə böyük qürur və sevinclə bildirirəm”, – deyə söyləyib. Onun sözlərinə görə, “8 noyabr “Şuşiyə qayıtdığımız” gün kimi Azərbaycan xalqının tarixinə düşəcək”. Qəzet daha sonra yazır ki, Azərbaycan Prezidenti qoşunlarının strateji Şuşa şəhərini ələ keçirdiyini elan etsə də, Ermənistan bu informasiyanı hələlik təsdiqləmir.
Surxay Atakişiyev,
