Azərbaycan Ordusu Şuşada xüsusi hərbi əməliyyatı başa çatdırıb. Əməliyyatdan öncə ermənilər adətləri üzrə axmaqcasına özlərini şişirdib, ordumuza qarşı !Qerbeqer» («Cəhənnəmdə yan» anlamında, yəni gorbagor) əməliyyatından dəm vurur və Qarqarın cənnət dərəsini isə «Cəhənnəm dərəsi» adlandırırdılar. Güya qorxaq erməni pislikləri qəhrəman Azərbaycan əsgərini yox edəcəklərmiş və məqam yetişincə məkrli düşmən «Gorbagor» edildi və yaralılar Xankəndindəki doğum evinə qaçıb canlarını qurtarmalarına şükr etdilər.
Fransanın Le Mond qəzetinin yazdığına görə Azərbaycan Ordusu Şuşanı heç bir dron və texnika işlətmədən azad edib. Xankəndi Doğum evinə çatdırılan yaralıların əksəriyyəti, əsasən süngü və tapança atəşlərindən xəsarət aldıqları bəlli idi. Hətta bu döyüşdə avtomat da işlətməmişdilər, yalnız tapança və süngüdən istifadə etmişdilər. Bu o deməkdir ki, şəhər əlbəyaxa döyüşlə azad edilib. Bu Dağ Xüsusi Təyinatlıları deməkdir.
Azərbaycanlıların döyüşə bilmədiyini deyən Haykanuşun bicləri, anladınızmı, o murdar cəmdəyinizə vurmağa mərmiyə də heyfimiz gəlir. Sizə insan olmağı bu Tanrının Ordusu öyrədəcək.
Alınan məlumata görə hazırda Şuşada 800-dən artıq erməni əsgərinin leşinin olduğu müəyyənləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hakimiyyət orqanlarına və Müdafiə Nazirliyinin rəhbərliyinə ölən erməni əsgərlərinin cəsədlərini yaxın bir neçə saat ərzində qarşı tərəfə təhvil verə biləcəyi ilə bağlı müraciət edib.
Hazırda Şuşa Azərbaycan Ordusunun nəzarətindədir. «Qerbeqer» arzulayan terrorçu çaqqal sürüsü Şuşada gorbagor edildi. Ən gözəl əsgər bizim əsgər! Ən gözəl Komandan bizim Komandan! Tanrı sizləri qorusun!
AVMVİB Mətbuat Xidməti
