“İşğal altındakı torpaqlarının və Qarabağın azadlığı münasibətilə dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm».
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib: «Türkiyə razılaşmanın tətbiqinə nəzarət və monitorinq üçün bölgədə yaradılacaq müştərək sülhməramlı qüvvələrində Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət və monitorinq üçün yaradacağımız Birgə Türk-Rus Mərkəzi ilə bağlı razılaşma bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad olunmuş torpaqları üzərində qurulacaq. Dağlıq Qarabağdakı atəşkəsin pozulmasının qarşısını almağa dair bütün tədbirlər bu mərkəz tərəfindən görüləcək”.
