Ölkəmiz Vətən müharibəsinı qalxdığım günlərdə bəzi işbazlarımız öz sərvətlərinin artırılması qayğısında olublar. Azərbaycan Vətən Müharibəsi Veteranları İctima Birliyinin üzvü Etibar Nəzərov Nizami rayonu B. Çobanzadə küçəsi 7-ci binanın 18 nəfər sakininin imzasıyla bir müraciət təqdim edərək «Orbita» MTK-nın onların əmlak, sərbəst yaşamaq və sağlamlıq hüquqlarını pozmasından şikayət dolu müraciətlərini təqdim etdi.
Müraciətdə deyilir: «2014-cü ildən yaşadığımız binanın ətrafında «Orbita» MTK tərəfdən söküntü-tikinti işləri aparılır. İlk gündən bütün tikinti normalarına zidd olaraq aparılan söküntü-tikinti işləri zamanı kəsilən çoxsaylı ağaclar barədə, yaşayış olmasına baxmayaraq söküntüyə dair şikayətlər etsələr də aidiyyatlı şikayətlərə baxmaq əvəzinə bu qanuna zidd əməllərə göz yumaraq şərait yaratmışlar. Öz şəxsi əlaqələri ilə etdiyimiz şikayətləri qulaqardına verdirmiş MTK rəhbərliyi sakinlərin hüquqlarını pozulması hallarını davam etdirib.
Belə ki, yaşadığımız binanın tam yaxınlığında yerləşən binanın söküntüsü, məhz mart ayında qarantin dövründə saat 00:00-05:00 arasında aparılması və şirkətin «bunu bizə Prezident göstəriş verib» deyə vətəndaşları dövlətə qarşı təhrik etməsibarədə DİN, FHN, TTNDA, Ekologiya və Təbii Sərvətlər nazirliyinə, Dövlət şəhər salma və Arxitektura komitəsinə, Nizami rayon İH-nə bu qanunsuzluqlar- tikinti normalarının pozulması, söküntü işlərinin gecə saatlarında aparılması, ağacların kütləvi şəkildə məhv edilməsi və s. barədə məlumat və şikayətlərtimiz bu günədək cavabsız qalmaqdadır. Yalnız 26.08.2020-ci il tarixdə ölkə başçımıza müraciətdən sonra bu qanunsuzluqlar bir müddət dayandırılmışdır. Alınan cavabdan sonra isə bizə aşkar hədə-qorxu gəlmişlər və bizi təhdid etmişlər.
Bu barədə də aidiyyatlı orqanlara müraciət etmişik. Hazırda prezidentimizin və xalqımızın diqqəti Vətən müharibəsinə yönəldiyini fürsət bilən MTK rəhbərliyi öz qanunsuz əməllərini davam etdirməyə başlayıblar. Şikayətlərə baxılmadığını görüb sakinlərin həyatı üçün təhlükə yaradırlar. FHN, TTNDA, Ekologiya və Təbii Sərvətlər nazirliyi, Dövlət şəhər salma və Arxitektura komitəsi, Nizami rayon İH-nin əməkdaşları etirazçılarla yüksək tonda danışaraqqanunsuz əməllərlə məşğul olan şirkəti müdafiə edirlər. Yaşadığımız binanın başı üzərində kran qülləsinin hərəkəti təhlükə mənbəyi kimi bizləri qorxudur. İnşaat sahəsi və ətraf ərazilərin inşaat zibili ilə doldurulması tam bir antisanitariya şəraiti yaradıb.
Xahiş edirik ki, bu məsələyə tam aydınlıq gətirsinlər və əgər bu işlər dövlət əhəmiyyətlidirsə, söküntü işləri mövcud söküntü normativlərinə uyğun aparılsın.» İmza: 18 nəfər. Müharibə veteranı olan sakinlərdən Etibar Nəzərov bizimlə söhbətdə bildirdi ki, gözlərimiz önündə yaşadığımız ərazidə bu MTK sakinlərə qarşı mənəvi terror, təbiətə və ağaclara qarşı ekoloji vandalizm törədirlər. Sakinlərin təhlükəsizliyi ilə bağlı heç bir önləyici tədbir görülməyib. Kran qülləsində düşəcək hər hansı bir əşya və buna bənzər tikinti materialları sakinləri 24 saat təhdid altında saxlayır. Edilən müraciətlərə isə reaksiya verilmir. BAizə deyirlər ki, hər yeri almışıq.
Məsələn mənim çıxarışlı evimi bunlar necə və kimdən alıblar? Dövlət başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevə güvənirik və inanıram ki, bizim bu müraciətimizi şəxsən nəzarətə götürəcək. Belə işlərə və müraciətlərə məhəl qoymayan məmurlar cənab İlham Əliyevin dediyi kimi, «Vətənə, Dövlətə və Prezidentə xəyanət etmiş olurlar».
Məsələni araşdıracağıq və inanırıq ki, əhaliin qaldırdığı problemlər yerində araşdırılıb qərar verilməlidir. Müharibə veteranları bu dövlət uğrunda can qoymayıblar ki, kimlərsə onu dinləmədən öz sərvətlərini artırmağa çalışsınlar.

Tikinti üçün nəzərdə tutulan və qanunvericilikdə AR Şəhərsalma və Tikinti Məcəlləsinin 67.4. maddəsində: «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir».
Yaxud da 67.2. Tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi haqqında müddəalar tikinti layihəsində nəzərdə tutulmalıdır.68.1. maddəsində deyilir: «Tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir.»
Başqa bir nüans isə yaşayış binasıyla ara məsafəsiylə bağlıdır və bu da eyni qanunun 69.4. maddəsində deyilir: «Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir».
Mövcud əraziyə diqqət yetirdikdə tikilən 16 mərtəbəli yaşayış binası ilə ən az götürülən məsafə «69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə — divar hündürlüyünün 0,3 hissəsi» ilə hesablansa belə 19 metrdən az olmamalıdır və üstəlik bu bina mövcud binadır, həm də ayrı-ayrı şəxslərin şəxsi mülkiyyəti sayılır. Yəqin ki, bu nüanslara baxan tapılacaq.
Qarşı tərəfin də münasibətini yayınlaya bilərik…
Elnur Səlim







