Rusiyanın «burcutma» xəstəliyi

«Özünü yuyulmamış çömçə kimi» ortaya atan rus sülhməramlıları işinə erməni qanunsuz miqrant və terrorçuları ilə birləşib Kəlbəcəri yandırmaqla başladı. Düşmənin məqsədli şəkildə yanğın törətməsi bir vandalizm və terror hadisəsidir.

Rusiyanın bölgəyə göndərdiyi «sülhməramlıları» bu aktın qarşısını ala bilmirsə bizim torpaqlarda nə sülənir? Rədd olub getsinlər, ya da təcili Türk ordusunun bölgədə blok postunu təşkil etsinlər.

EyRus ayısı, biz səni qanlı pəncələrindən tanıyırıq. Biz səni qanmazlığından tanıyırıq. Bu gün qəbu etdiyin şərtlərdən bir-bir geri hoppanırsan. Ağlını başına topla. Sən məğlubun yanında durduğunu isə heç unutma.

Yandırılan hər bir evin sorumlusu özünü bölgəyə pərçimləmiş Rusiyadır. Buna görə də BMT-yə müraciət petisiyasına başlayaq və bu ölkə bura soxulduğu kimi ölkəmizi tərk etməsini tələb edək.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: