Ermənistan Səhiyyə Nazirliyi Qarabağ döyüşlərində azı 2317 hərbi qulluqçusunun öldüyünü açıqlayıb.
Ermənistan KİV-nə istinadən xəbər verir ki, qurum cəsədlərin qaytarılması prosesində itkilərin daha da çox olacağını əlavə edib.
“Bu günə qədər məhkəmə-tibbi ekspertizasından 2317 hərbi qulluqçunun cəsədi keçirilib. Onlar arasında kimliyi müəyyənləşməyən hərbçilər də var. Cəsədlərin dəyişdirilməsi prosesi yeni başlayıb və ona görə də, münaqişə tərəflərinin ölən hərbçilərinin dəqiq sayı barədə məlumar verə bilməz”. Ermənistan cəmi 1 379 hərbi qulluqçusunun ölümünü təsdiqləmişdi.
Digər bir məlumat isə müxalif cəbhədən daxil olub. Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun itkilərini cəmiyyətin faciənin miqyasını dərk etməməsi üçün gizlədib.

Bu barədə Ermənistanın Vatikandakı sabiq səfiri Mikayel Minasyan Faceebook səhifəsində bildirib.
“Nikol ölən əsgərlərimizin dəfn mərasiminin lentə alınmasını qadağan etdi ki, «qələbə» ilə bağlı yalanlarla doyurulan xalq bu faciənin miqyasını, döyüş əməliyyatları coğrafiyasını, onun əmri ilə qurban getmiş qardaşlarımızın acı taleyini, əsgərlərin fədakarlığını dərk etməsin.
O, ölənlərin sayını azaltdı, gündəlik dərc edilən siyahılar reallığı əks etdirmir. İlk gündən etibarən həqiqi ölüm sayını gizlətmək üçün biabırçı və dəhşətli proses başladı. Bu əməliyyata şəxsən Ermənistanda Nikol, Qarabağda onun həyat yoldaşı rəhbərlik etdi. Yəqin bilmirsiniz ki, Goris, Sisian, Vanadzor, Gümri, Eçmiadzin və İrəvan morqlarında hələ də yer yoxdur. Müharibənin ilk günlərindən etibarən əsgərlərin cəsədləri Abovyanda koronavirusdan ölənlər üçün nəzərdə tutulan meyitxanada saxlanılırdı.
Sabiq səfir əlavə edib ki, müharibə qurbanlarının dəqiq sayı açıqlanmır: «Əslində var, amma ictimaiyyətə açıqlanmır. Fakt odur ki, 5 gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi məruzə edib ki, bu vaxta olan məlumatlara görə, 2250 ölmüş və morqa düşən var, 1400 ölmüş və morqa düşməyən var. Həmçinin 1100 nəfər itkin düşüb. Sənədlə Ermənistan baş nazirinə məruzə edilmiş, təsdiqlənmiş ölüm sayı 4750-dir”.

