Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Qarabağda atəşin dayandırılması barədə Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə əməl etmək istəmir.
Fedai.az Yenisabah-a istinadən verdiyi məlumata görə, bölgədə davamlı sülhə nail olmaq üçün Qarabağdakı separatçı rejimin silahlı dəstələrinin oradan çıxarılması nəzərdə tutulsa da, Paşinyan bunun əksini deyir. O bildirib ki, Qarabağın «müdafiə ordusu” bölgədə qalacaq və suverenliyin qarantı olacaq.
«Mənasız itkilərdən qaçmaq üçün müharibəni dayandıran 25-30 min əsgərin əhəmiyyətli hissəsi müdafiə ordusunundur. Bu o deməkdir ki, Qarabağın müdafiə ordusu mövcuddur var və olacaq”, — deyə Baş nazir bildirib.
