AVMVİB Balakən rayon şöbəsi qazanılmış tarixi zəfərdən sonra Qarabağ uğrunda şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət etmişlər.
AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev, mayor Nadir Habilov və müharibə veteranı Vaqif Hümbətov şəhid məzarlarına gül qoymuş və onların ruhuna dualar oxumuşlar.
AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev bildirib ki, illərlə gözlədiyimiz müqəddəs Zəfər günü gəldi və bu gün ikiqat sevinirik ki, bizim komandirimiz olmuş general leytenant Hikmət Mirzəyev bu döyüşlərin mərkəzində yer almış qəhrəmanlarımızdandır. Qarabağ Azərbaycandır!
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim


Bu xəbəri paylaşın:
