Ermənilərin demoqrafik saxtakarlığı yoxlanmalıdır

14 Noyabr 2020-ci ildən bu yana 11.000-dən çox erməni Rusiya sülhməramlılarının köməyi ilə Dağlıq Qarabağa qayıtdı. RF Müdafiə Nazirliyinin nümayəndəsinin məlumatına görə, təkcə son bir gündə 2334 erməni Dağlıq Qarabağa qayıdıb.

Eyni gündə isə Qarabağın qondarma «rəhbəri» ənənəsisə sadiq qalaraq Paşinyana məruzə etmişdi ki, artıq Qarabağa 25 mindən artıq erməni qayıdıb.

Hadisələrin başlanğıcında da RF sülhməramlıları 2500 nəfərin qayıtdığını bəyan edincə, erməni tərəf Xankəndinə 7000 nəfər erməninin qayıtdığını bəyan etmişdi.

Düşünürük ki, bu işdə ləngiyirik. Biz pasport rejimini yoxlamaq yollarını rus-türk sülhməramlıları ilə təcili müzakirə etməliyik. Bu saxta statistika, düşmənin saxta demoqrafik göstəriciləri, terror hərəkətlərində əli olanlar və qanunsuz miqrantlar üzə çıxarılmalıdır.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: