Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Instagram”da yayımlanmış təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə — Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”
https://www.instagram.com/p/CIAjnmnAqGD/?utm_source=ig_web_copy_link