Rəsmi Paris qondarma «Dağlıq Qarabağ respublikası»nı tanımır.
«TASS»-ın verdiyi xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir:
«Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma «Dağlıq Qarabağ respublikası»nı tanımasına çağırış edən qətnamə qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb. Fransa qondarma «Dağlıq Qarabağ respublikası»nı tanımır».